Monqolustanda fermerlər IoT Globalstar peyklərindən istifadə edərək Mərkəzi Asiyada mal-qara və at sürülərini izləmək imkanı əldə ediblər.
Globalstar Europe Peyk Xidmətləri SmartOne C və SPOT Trace yaxalıq-cihazlarını Monqolustan və digər Orta Asiya ölkələrində mal-qaraları, o cümlədən bahalı yarış atlarını izləmək üçün yerləşdirdiyini elan edib.
Qeyd edək ki, hazırda Monqolustanda peyk dəstəyi ilə 1000 IoT peyki tərəfindən 30.000-dən çox at qorunur və sınaqlar Qazaxıstan, Qırğızıstan və Tacikistanda geniş yayılıb. Heyvanlara yerləşdirilən Spotter modullarının ümumi sayı məhsulun 2019-cu ilin iyul ayında satışa qoyulduğundan altı ay ərzində iki dəfə artıb.
Xatırladaq ki, atlar Monqolustanda gündəlik həyatın bir hissəsidir və at yarışları ölkənin əsas idman növüdür. Lakin az məskunlaşmış ölkənin 4,5 milyon atının çöllüklərdə sahibsiz qalması və sonradan oğurlanması sahibləri üçün ciddi problemə çevrilmişdi. Ona görə də iş adamları Globalstar texnologiyasından istifadə etməklə böyük sürülərini izləmə həllini tapıblar.
Bölgədəki atlar yaxşı otlaq tapmaq üçün bəzən yüzlərlə kilometr uzaqlara gedib çıxırlar. Üstəgəl çətin iqlim şəraitində qasırğalardan qaçarkən atlar əksər vaxtlarda itirilir.
Odur ki, daha uzun batareya ömrü olan SmartOne C əsaslı yaxa cihazı uzun mənzilli sürüləri izləmə üçün idealdır. Bu qurğular vasitləsilə sahibi sürüləri gündə altı dəfə izləmə məlumatı alır. Çünki sistem batareya dəyişiklikləri arasında altı ay ərzində tam izləməni təmin edə bilər.
Cihaz-yaxalıqlar sərt iqlimə də dözümlüdür. Yarış atlarını izləmək üçün tələblər adi atlardan fərqlənir. Yarış atlarının sahibləri qiymətli atlarına daha diqqətlə yanaşırlar.
Fermerlər hesab edir ki, peyk dəstəyilə izləmə həlləri at sürülərini idarəetmə üsulunu da dəyişib. Yarış atlarını bu şəkildə qorumaq iş adamlarının sərmayəsinin qorunmasına kömək edir və fermerlərə əvəzolunmaz dinclik verir.
Qeyd edək ki, Monqolustanda Spotter MMC 2014-cü ildə təsis edilib. O vaxtdan bəri Qazaxıstan, Monqolustan və Qırğızıstan kimi Orta Asiya ölkələrində müştərilərin ehtiyaclarını ödəmək üçün müxtəlif izləmə həlləri sahəsində ixtisaslaşıb.
konkret.az