Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yol polisi sürücüləri qəsdən “tələ”yə salır? - Video



Baş Dövlət Yol Polisi İdarəsi “Sədərək” Ticarət Mərkəzinin qarşısında sürücüləri bilərəkdən inzibati xəta törətməyə məcbur edən yol polisi əməkdaşları ilə bağlı araşdırmalara başlayıb.

BDYPİ-nin sözçüsü, polis polkovniki Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin avtomobilin hansı idarəyə məxsus olması və həmin zaman o avtomobildə xidmət aparan yol polisi əməkdaşlarının kimliyi araşdırılır.

Sosial şəbəkələrdə yayılan videoda görünür ki, YPX maşını bir neçə dəfə dairədə hərəkət edərək digər sürücülərin xəta törətməsinə səbəb olub. Vətəndaşlar isə YPX əməkdaşlarının bu hərəkətini “tələ” adlandırıblar.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10