
Cenub.az xəbər verir ki, Ə.Əylisli Moderator.az-ın redaksiyasına zəng vuraraq hökmən bu cavabının Anara çatdırılmasını xahiş edib:
“Anarın mənə qarşı səsləndirdiyi növbəti, haqsız və mənasız ittihamlarından bir daha belə məlum olur ki, mənim bu dünyada varlığım onu hələ də yandırıb-yaxır. Bu adamın kin-küdurəti artıq o həddə çatıb ki, ən aşağı səviyyədə böhtan atmağı da heç bir vicdan əzabı çəkmədən özünə rəva bilir. Mən indi neyləməliyəm, ölməyə hələ ki, həvəsim yoxdur. Gərək yaşayam və özümün varlığımla Anarı elə yandırıb-yaxam ki, onun Fəxri Xiyabanda basdırılmağa yalnız külü qalsın. Ona artıq başqa sözüm yoxdur”.