1993-cü ildə polkovnik Sürət Hüseynovun qaldırdığı qiyam nəticəsində Azərbaycanda yaranmış hakimiyyət böhranı ölkəni çıxılmaz vəziyyətə salmışdı. AXC hökuməti siyasi böhranı tənzimləmək üçün Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərara aldı.
Mərhum Heydər Əliyevin tərəfdarları hələ 1992-ci ildən etibarən onu Bakıya qayıdaraq aktiv siyasi fəaliyyətə başlamağa çağırırdılar. Bütün bu müraciətlərin ən yaddaqalanı 1992-ci ilin oktyabrında 91 nəfər ziyalının imzaladığı müraciət oldu. Həmin müraciəti imzalayanlar Heydər Əliyevə tezliklə Azərbaycanda siyasi rəhbərliyə qayıtmağa və ölkəni yaranmış siyasi xaosdan çıxarmağa çağırırdılar.
Bu il məşhur “91-lər”in mərhum prezidentə ünvanladıqları müraciətin 28 ili tamam olur.
Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən 91 nəfər ziyalının müraciəti zaman-zaman müzakirə mövzusu olub. Bu tərkib hakim Yeni Azərbaycan Partiyasının “qızıl fondu” elan olunub. Mərhum eks-prezident Heydər Əliyev YAP-ın 10 illik yubileyindəki çıxışında “91-lər” barədə belə demişdi: “91-lər, onlar artıq dillərdə əzbər olublar. Mən 91-lərin hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm”.
Vaxtilə müxtəlif vəzifələrdə olan “91-lər”in bir çoxu sonralar tutduqları postlardan gedib, bəziləri həbsə düşüb, qətlə yetirilib, bir qismi artıq dünyasını dəyişib. Sağ qalanlar da az deyil…
Bu illər ərzində “91-lər”-dən bir çoxu Milli Məclisə seçkilərdə iştirak edərək deputat mandatı alıb. Beşinci çağırış seçkilərdə bu siyahıdan olan Zeynəb Xanlarova, Eldar İbrahimov, Mixail Zabelin, Rafiq Məmmədhəsənov. Əli Əhmədov millət vəklili seçilmişdilər.
2020-cilin fevralında keçiriləcək novbədənkənar parlament seçkilərində YAP “91-lər”dən iki nəfərini partiya siyahısı ilə namizəd göstərib. Bunlar Eldar İbrahimov və Mixail Zabelindir.
Kim idi “91-lər”?
Onların tam siyahısını təqdim edirik:
- Ziya Bünyadov.
- Fərəməz Maqsudov.
- Ömər Eldarov.
- İqrar Əliyev.
- Kərim Kərimov.
- Məmmədtağı Cəfərov.
- Sabir Hacıyev.
- Xəlil Rza Ulutürk.
- Sirus Təbrizli.
- Zeynəb Xanlarova.
- Əli Ömərov.
- Eldar İbrahimov.
- Mixail Zabelin.
- Əlfəddin Abdullayev.
- Murtuz Ələsgərov.
- Əkbər Bayramov.
- Zahid Qaralov.
- Həsən Quliyev.
- Adil Qasımov.
- Əjdər İsmayılov.
- Fikrət İsmayılov.
- Şahlar Əsgərov.
- Mübariz Əhmədov.
- Əli Nuriyev.
- Ədalət Fərəcov.
- Həsən Mirzəyev.
- Zahid Xəlilov.
- Vilayət Əliyev.
- Abbas Səmədov.
- Ağababa Mahmudov.
- Şəmistan Mikayılov.
- Səfiyar Musayev.
- Əsədulla Qurbanov.
- Musa İlyasov.
- Tələt Qayıbov.
- Məmməd Məmmədov.
- Rafiq Əminzadə.
- Lalə-Şövkət Hacıyeva.
- Eldar Abbasov.
- Əli İnsanov.
- Fuad İsmayılov.
- Əlişir Musayev.
- Hüsü Kərimov.
- Rafiq Məmmədhəsənov.
- Məmməd Nəsirov.
- İbrahim İsayev.
- Faiq Səfərov.
- Sudeyf İmamverdiyev.
- Liliya Luqovaya.
- Hacıbala Abutalıbov.
- Novruz Quliyev.
- Əmir Mərdanov.
- Sabir Xəlilov.
- Pənah Mahmudov.
- İsgəndər Quliyev.
- Zakir Sərdarov.
- Əli Əhmədov.
- Əli Nağıyev.
- Maqsud Nəcəfov.
- Heydər Hüseynov.
- Nəbi Əsgərov.
- Allahverdi Hacıyev.
- Tofiq Hüseynov.
- Məmməd Məmmədov.
- Musa Heydərov.
- Hacı Hacıyev.
- Nəzir Əhmədov.
- Allahyar Hüseynov.
- İbrahim Əzizov.
- Aydın Əhmədzadə.
- Vidadi Acalov.
- Səbirə Dünyamalıyeva.
- Georqi Savoskin.
- Lüdviq Muradov.
- Rəfael Allahverdiyev.
- Asif Cahangirov.
- Rafiq Qasımov.
- Kərim Kərimov.
- Munis Bayramov.
- Möhsün Möhsünov.
- Ağabəy Əsgərov.
- Vüqar Rəhimzadə.
- Rizvan Cəbiyev.
- Ariz Abduləliyev.
- Əziz Axundov.
- Mirzə Əsgərov.
- Xeyrəddin Qoca.
- Səlahəddin Quliyev.
- Ziya Paşa.
- Vüqar İsmayılov.
- Tahir Məmmədov.
Azpost