Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bizim əsas düşmənimiz Azərbaycan yox, Türkiyədir...”



“Dünya birliyinin əsas düşməni Türkiyədir”. 

Ermənistan saytlarının yaydığı məlumata görə, bu həyasız fikri yanvarın 25-də Qarabağda əli soydaşlarımızın qanına batmış, “Amarasi Artur” ləqəbi ilə tanınan erməni veteran Artar Aleksanyan "Yaşamaq hüququ: Qarabağ( “SSRİ-ni dağıtmış Qarabağ və “Böyük Turan” planları") adlı kitabının təqdimatındakı çıxışında söyləyib.

"Dünyada Ankaranın iştirak etmədiyi bir münaqişə yoxdur. Mən həmişə demişəm ki, əsas düşmənimiz Azərbaycan deyil, yalnız bir ideologiya ilə - Sibirə qədər uzanan Turanın yaradılması ilə idarə olunan Türkiyədor"-deyə üzdəniraq veteran bildirib. 

Aleksanyan əlavə edib ki, Ermənistan hakimiyyəti Türkiyədən gələn təhdidlərin təhlili və qarşısının alınması ilə məşğul olacaq xüsusi bölmə yaratmalıdır.
moderator





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10