Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

20 iyul 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


Bəs onda bu bayramda hansı jurnalistlər kef edəcək?
- Əlbəttə ki, 3-5 manata jurnalist vəsiqəsi alıb, sonra dükan –dükan düşüb pul, araq, siqaret yığan “ Qızıl qələm” sahibləri .
- Yox, bacılı, təzə çörək yeri də tapıblar. Biz harda yemək yeyirik, harda çay içirik, hansı maşında söhbətləşirik, bunları toplayıb lap cındır qarılar kimi aparıb tökürlər böyüklərin qabağına. Əvəzində... Bunlar da belə kişilərdi də. Allah boy verib, hökumət maşın verib... qalır əqidə-filan. Onu da məktəb–məktəb, şirkət-şirkət düşüb həll eləmək mümkün deyil.
- Hələ mən başqa söhbətləri də eşitmişəm. Bizim qonşu Lənkəran rayonundan bəzi muxbirciyəzlər “əmioğluluarın” yanına gəlib, bizim qaramızca bir az deyinir, bunun müqabilində “çay pulu” alırlar. Adlarını da bilirəm. İntəhası, neyləyəsən ki, bu bədbxt də bu cür şörək qazanmaq yolu tutub. Yaşından ortaya bircə ağıllı-başlı yazı qoya bilməyən, qəlbinin qarası sifətinə çıxan bu biçarələr ancaq əli qələm tutanların arxasınca deyinməklə məşğulıdurlar.
- Qıza, tamam rüsvayçılıqdı. Kimi dindirirsən cibindən müxbir kitabçası çıxır, taksi şoferi də, aşpaz da, zapravşik də, hamamdakı kisəçi də bəzən bərkdən, bəzən pıçltı ilə deyir ki, məndə də filan qəzetin müxbirlik “kinijka”sı var.
- Yerə soxum elə müxbiri də, 3-5 manata görə, vicdanını satıb beləsinə “kinijka” satan “redaktor”u da.
- Düz deyirsən bacı, yalancı müxbirlər yaman çoxalıb. Biləsuvarda, Astarada bizim qəzetın adından istifadə edib pul yığırlar. Balaca izlərinə düşmüşəm. Adlarını öyrənən kimi ifşa edəcəyəm.
- Gəl bayramqabağı ucuz adamlardan az danışaq. Onsuz da günbəgün cındır düşüncəlilərin sayı göbələk kimi çoxalır. Bir-iki əqidəli jurnalisti cıxmaq şərti ilə bölgədə xalqın dərd- sərindən, həm də peşəkarlıqla yazan jurnalist tapa bilmirsən. Əksəriyyəti üçün xoçbəxtliyə yol icra başçılarının başına böyük məmurların qoltuğunun altından keçir. Qələm sahibi tanıyıram, ölkə səviyyəli istedadı var. Neyniyəsən ki. Allah bu istedadı qorxaq və yaltaq yaradıb. Yazdıqlarını əlli dəfə icra başçısının güzgüsünə tutur ki, görəsən, yazım kişinin xətirinə dəyməz ki?
- Qıza, elə buna görədir ki, biabırçılıqlar baş alıb gedir. 17 yaşlı oğlan 12 yaşlı qızı qaçırdır. Məmurların çoxu otaqlarında, ya da villalarında hərəmxana açıb. Narkomanları yerbəyer eləməmiş bölgədə SPİD-ə tutulanların sayı günbəgün çoxalır. Yazan zalım balası neyləsin? Yüzlərlə “ziyalı” özü əyilibsə, məmur onu minməsin, nə etsin. Bir də görürsən ki, biri yeri-göyü cırmaqlaya- cırmaqlaya gəlir redaksiyaya - belə asacam, belə kəsəcəm. Mənə filan kəndli deyirlər. Elə ki, ağzına 5-10 manat atırlar, başlayır illərlə lal olmağa.
- İcra başçımız da belə-belə dərdlərə dözməyib qaçıb istirahətə. Yaxınlarının bildirdiyinə görə, kişinin istirahətdə də bəxti gətirməyib.
- Hər gün yana, yetim uşaq kimi boyu çıxmayan bədbəxt palmalar cin-şəyətin şəkilində onun yuxusuna girib, harasından gəldi onu cırmaqlayırlar. 3 günün içində məhv edtiyi uca boylu ağaclar isə hər gün toppuz kimi başına dəyir. Bazar dalından topladığı “göy” lərdən başına dəsmal bağlamasaydı, Allah bilir nələr olacaqdı.
- Zahir Əmənov
-



-





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10