Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bəhram Bağırzadə: "Polislərimiz Azərbaycan qadınının ərəblərə təklif edilməsinə göz yummamalıdırlar" - VİDEO



Əmədar artist Bəhram Bağırzadə Murad Arifin müəllifi olduğu verilişdə ərəblərin Bakının mərkəzində etdiyi hərəkətlərdən danışıb.

B.Bağırzadə bu cür hərəkətlərin yolverilməz olduğunu bildirib və ərəb kişilərinin Azərbaycan qadınlarına etdiyi əxlaqsız hərəkətlərə sərt şəkildə reaksiya verib. O, yerli camaatdan bəzi insanların bunu görməzdən gəldiyini deyib.
Əməkdar artist polislərdən də danışıb. Bildirib ki, polislər bu məsələyə göz yummamalıdırlar: "Polislərimiz göz yumub, baxmamlıdırlar. O film var - "Bir cənub şəhərində" "uçastkovi" gəlir baxır ki adam öldürüblər, deyir, "alə, Əlibala gəldi?". Deyir, "Çoxdan". Polislərimiz də həmin "uçastkovi"yə dönüblər".
B.Bağırzadə azərbaycanlı qadını ərəb turistlərinə təklif edən bir nəfəri isə bu vəziyyətə tab gətirməyərək döydüyünü bildirib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10