Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Hadisənin baş verməsində müəmma var...” - Qəzada yanaraq ölən sahibkarın atası + FOTO



Xəbər verdiyimiz kimi yanvarın 20-də Lənkəran rayonunun Girdəni kəndi ərazisinda dəhşətli yol-nəqliyyat hadisəsi baş verdi. Belə ki, M.Azizov adlı sürücü idarə etdiyi “Volvo” markalı yük avtomobili ilə qarşıda gedən Cəlilabad rayon sakini Rasif Əzimovun idarə etdiyi “QAZel” markalı avtomobili vurub və zərbənin təsirindən sonuncu nəqliyyat hadisəsində yanğın baş verdiyindən R.Əzimov avtomobildə yanaraq faciəvi şəkildə dünyasını dəyişib.


Cenub.az xənər verir ki, Moderator.az-ın əməkdaşı hadisədən sonra mərhumun ailə üzvləri ilə görüşmək üçün Cəlilabadın Alar kəndində gedib və R.Əzimovun atasıyla həmsöhbət olub. Məhrumun atası Nobatəli Əzimov övladının faciəvi şəkildə ölməsinə görə çox pis olduğunu və qəzanın səbəblərinin araşdırılmasının vacibliyini vurğulayıb:
“Oğlum Rasif fermerdi, heyvandarlıqla məşğul olurdu. On beş il idi ki, bu işlə məşğul olur. Hektarlarla ərazilərdə arpa və buğda əkirdi və hətta bankdan kredit götürüb təsərrüfatını genişləndirmək niyyətində idi. Bununla yanaşı, Rasif heyvan alveriylə də məşğul olurdu. Son illər evini təmir etdirirdi. Bu on beş il ərzində Rasif ömrü boyu ancaq çalışıb. Üç övladım var və Rasif isə böyük oğlumdu. Onun özü də ailəlidir və 13 yaşında Fatimə, 10 yaşında Həsən və 6 yaşında Mədinə adlı övladları var. O, əvəzsiz hörmət sahibi olub. Azərbaycanın bütün bölgələrində onu tanıyırdılar. Bununla yanaşı, Rasif fermerlərə arpa və buğda satırdı. Ağlı kəsəndən də avtomobil idarə edib və heç vaxt da qəza törətməyib. 
Yanvarın 20-də fermerlərdən biri Rasifə zəng vuraraq ona üç ton arpa gətirməsini xahiş edib. Bu da üç ton arpanı maşınına yığaraq qonşu uşağı da yanında götürüb və Lənkərana yola düşüb. Səhər saatlarında “TIR” sürücüsü avtomobilini avtopilot sisteminə qoyaraq yüksək sürətlə arxadan oğlumun idarə etdiyi maşını vurub və zərbənin təsirindən maşın betona çırpılıb. İlk dəfə təkər sınıb və bundan sonra yetmiş metr o vəziyyətdə irəli gedib. Hadisədən sonra sürücülər avtomobillərini saxlayaraq kömək etməyə çalışıblar. Maşında Rasifin üstündə 17 min pulu və mobil telefonları da yanıb. Maşında yanğın çox sonra baş verib. Yanındakı adamı sürüclər xilas ediblər, amma Rasifi niyə xilas edə bilməyiblər bilmirəm. Maşın söndürüləndən sonra Rasifin yanmış meyitini çıxarıblar. 

Mən qəzanı görən vicdanlı insanlardan xahiş edirəm ki, bizlərə düzgün məlumat versinlər. Rasif avtomobilin sənədlərini görümədiyi üçün bir dənə onlar evdədir. Bildiyimiz qədəriylə ölkəyə daxil olan xarici maşınlar “Paşa sığorta” tərəfindən sığortalanır. Əgər həmin avtomobil kiminsə ölümünə səbəb olarsa, təzminat “Paşa sığorta” tərəfindən ödənilir. Rasifin üç övladı var və maşınında onun nisyə dəftəri də yanıb. İndi Rasifə borcu olan vicdanlı insanlar gətirib borcunu qaytaracaqlar, amma qalanlarını bilmirəm. Bizdə olan məlumata görə sürücü artıq həbs edilib. Mən ölkə başımız Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova və Baş prokuror Zakir Qaralova müraciət edərək oğlumun ölüm işinin ciddi araşdırılmasını xahiş edirəm. Çünki qəzada müəmmalı səbəblər var”. 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10