Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Soros avtoritarizmlə mübarizə üçün 1 milyard dollar ayırır




Amerikalı milyarder Corc Soros avtoritar hakimiyyətlər və iqlim dəyişikliyi ilə mübarizə üçün qlobal universitet yaratmağı planlaşdırır.

Bunu Corc Soros Davosdakı Ümumdünya İqtisadiyyat Forumunda çıxışı zamanı deyib. O, bu universitetin yaradılmasına 1 milyard dollar ayırmağı planlaşdırdığını bildirib.

Milyarder əsas hədəfinin keyfiyyətli təhsil üçün uzunmüddətli strategiya yaratmaqdan ibarət olduğunu deyib.

Soros 2020-ci il və ondan sonrakı bir neçə ilin təkcə Çin lideri Si Szinpinlə ABŞ Prezidenti Donald Trampın yox, həmçinin, bütün dünyanın taleyini həll edəcəyini söyləyib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10