Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ABŞ hansı ölkələrə viza məhdudiyyətini tətbiq edir? - SİYAHI



Qırğızıstanın xarici işlər naziri Çingiz Aydarbekov qırğız vətəndaşları üçün ABŞ-a viza almalarına məhdudiyyət qoyulmasının biometrik pasportun olmaması ilə əlaqədar olduğunu bildirib.

Mediada Qırğızıstan vətəndaşlarına viza məhdudiyyətlərinin hazırlanması barədə xəbərlər yayıldıqdan sonra ABŞ səfiri Donald Lou Xarici İşlər Nazirliyinə çağrılıb. Tərəflər vəziyyəti müzakirə ediblər:

“Xatırlatmaq istərdim ki, 2017-ci ildə ABŞ Prezidenti Donald Tramp biometrik tətbiq etməyən ölkələrin sakinləri üçün 2020-ci ildən vizaların alınmasına məhdudiyyətlər qoyan sərəncam imzalayıb. Qırğızıstan da bu siyahıya aiddir”.

Nazir qeyd edib ki, qırğız tərəfi səfirə viza məhdudiyyətlərinin mənfi nəticələri barədə xəbərdarlıq edib. Bunun əziyyət çəkən dövlətin deyil, adi vətəndaşların olduğu vurğulanıb.

“Amerika tərəfinə rəqəmsallaşdırma ilə bağlı ətraflı məlumat veririk”, – deyə nazir müavini bildirib.

Qeyd edək ki, viza məhduddiyyəti ilə bağlı ölkələrin siyahısına Qırğızıstanla yanaşı, Belarus, Eritreya, Myanma, Nigeriya, Sudan və Tanzaniya da əlavə edilib.

Bu günə qədər isə Trampın “qara siyahısı”ndaİran, Liviya, Somali, Suriya, Yəmən, Venesuelavə Şimali Koreya var.

konkret.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10