Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

30 aprel 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- O hansı müdirdir ki, çıxışını sənə etibar edir?
- Bizim hörmətli komissarı tanıyırsan da. Özü də yek oğlandır. O gün gəlmişdi ofisimə. Dedi ki, 2 aydan sonra qəhrəman ordumuzun yaranmasının 90 ili tamam olur. Onunla əlaqədar mənə bir çıxış yaz. Haqqın da necə istəsən - ya pulla, ya da natura ilə ödəyərəm.
- Necə yəni natura ilə? Başa düşmədim?
- Yəni pul olmaz, ağ-qırmızı bilet olar, möhlət hüququ olar.
- İndi başa düşdüm. Bəs o çıxışda nələl yazacaqsan ki?
- Kişi hərbi komissar işlədıyi 3 ilə yaxın vaxtda bilirsən, xalqa nə qədər xeyir verib? Bu xeyirxah insan ən azı 2500-ə yaxın gənci bitdən-birədən, heyvan yemi yeməkdən xilas edib. Yəni, onlara nə əziyyətlə, hansı zülmlərlə saxta qırmızı biletlər verib, deyib gedin, oturun mamanızın yanında.
- Yəqin ki, bu boyda işləri müftə eləməz ki ?
- Hörmətlı komissarımız bu məsələyə də aydınlıq gətirdi. Dedi ki, vallah, başqa rayonlara baxanda yenə mən insaflıyam. Əvvəllər saxta bilet üçün 2000-2500 manat oxuyurdum, indi ərzaq bahala-şandan haqq-hesabı 2800- 3000-ə qaldırmışam . Bu da elə də böyük pul deyil - 3 ildə 4-5 milyon manat edə, ya etməyə. O deyir ki, müharibə edib qan tökməkdənsə, saxta biletin, möhlət hüququnun “tas” ını bir az da qaldırıb. Qarabağı elə pulla da ala bilərik.
- Bəs soruşdun ki, gələndə bir həsir, bir Məmmədnəsir idin. İndi gündə bir xarici maşın alırsan. Bakıda ev, villa...
- Dedim. Niyə demədim. Dedim ki, bunları ermənilərin acçğçna edirəm. Yəni, onlar görsünlər ki, biz qarabağlılar istər Qarabağ olsun, istər Qaradağ, istər lap Qaraçuxur olsun, daha yaxşı geyinib, daha yaxşı maşınlarda gəzib, gözəl villalarda yaşayıb, onların bağrını çatladacağıq.
- Bəs o komissar qorxmur ki, saxta əməllərindən yazıb onu biabır edərlər?
- O məsələnin əlacın çoxdan tapıb. Deyir ki, kimin hünəri var mənim zibillərimı aşkarlaya. Olmasın 2 saxta biletin pulu, birini hökm oxuyana verirəm, birini də üzəduranlara paylayıram; şikayətçi gurumguppaz gedir. Sonra da başlayıram yalandan özümü peşman kimi göstərməyə. Guya mənlik olmadı, filan–peşməkan.
- İndi sən komissar üçün hazırlayacağın çıxışda bunların hamısını yazacaqsan.
- Əlbəttə. Fəxrimizdi də. Hətta komissarlıqdakılar danışir ki, son illərdə bunun kimi ustalıqla saxta bilet alveri edən, pambıqla rahat baş kəsən komissar bu tərəfədə olmayıb. Mən də hamısını yazacağam ki, qoy onun təcrübəsini başqaları da öyrənsin. Hələ texniki avadanlıqlar imkan versə, ondan bir neçə nüsxə çoxaldıb, digər MDB ölkələrinə də göndərəcəm.

Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10