Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Putin bunu da edəcək: Rusiyada böyük rus divarı tikiləcək



Rusiya prezidenti Vladimir Putinə təklif edilib ki, böyük Çin səddinin Rusiyada analoqu tikilsin.

Müvafiq bəyanat dövlət başçısının Lipetsk vilayətinin Usman şəhərində ictimaiyyətin nümayəndələri ilə görüşündə verilib.

Görüşün yayımı “Komsomolskaya pravda”nın YouTube kanalında aparılıb.

Qeyd olunur ki, yerli elmi təşkilatın prezidenti Aleksandr Bsudnov Rusiya liderinə belə bir təkliflə müraciət edib. O dəqiqləşdirib ki, qurğunun tikilməsi üçün Belqorodun quraqlıq çöllərindən istifadə etmək olar.

Putin təklifi maraqlı adlandırıb və müvafiq qurumlardan təşəbbüslərin perspektivlərini, eləcə də layihənin mümkün maliyyələşdirilməsini nəzərdən keçirməyi vəd edib.

KONKRET.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10