Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Bu cür əxlaqsız hadisələrin baş verməsinə məsuliyyət daşıyanlardan biri də həmin otellərdir...”



“Biz bir tərəfdən istəyirik ki, Azərbaycan haqda dünyada yaxşı fikirlər yaradaq, amma bu cür hadisələr bizim apardığımız fəaliyyətə zərbə vurur”

Cenub.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu Bakıda otellərdə baş verən əxlaqsız hadisələrə münasibət bildirərkən deyib. Sosioloq bu cür otellərin fəaliyyətinin yoxlanılmasının vacibliyini vurğulayıb:

“Bakıda otellərdə baş verən hadisələr xoşagəlməz bir xüsusiyyətdir və ölkənin adı üçün pis bir imic yaradır. Biz bir tərəfdən istəyirik ki, Azərbaycan haqda dünyada yaxşı fikirlər yaradaq, amma bu cür hadisələr bizim apardığımız fəaliyyətə zərbə vurur. Bakıdan qayıdan qonaqlar isə həmişə Azərbaycanın əleyhinə danışırlar. Ona görə də bu cür əxlaqsız hadisələrin baş verməsinə məsuliyyət daşıyanlardan biri də həmin otellərdir. Həmin otellərlə inzibati qaydada cəzalandırılmalı və fəaliyyətləri araşdırılmalıdır. 
Dünyanın istənilən ölkəsində otelə daxil olarkən sənədlər tələb olunur, amma qadınla otelə daxil olan adamlardan ciddi otellərdə nigah şəhadətnaməsi tələb olunur. Əgər bu sənəd yoxdursa, müştərini içəri buraxmırlar. Amma yox, əgər hansısa otel bu sənədləri tələb etmirsə, onlar özlərinə başqa imic qazanırlar”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10