Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Britaniya kəşfiyyatı Türkiyədə çevriliş hazırlayır? – “Star” qəzeti



Getdikcə daha da möhkəmlənən Moskva ilə Ankaranın ittifaqı Qərbə dinclik vermir.

Cenub.az “inosmi.ru”ya istinadla xəbər verir ki, bu fikirləri istefada olan polkovnik Uğur Attila Türkiyənin “Star” qəzetinə verdiyi müsahibəsində bildirib.

Onun fikrincə, təhlükəli tandemi dağıtmaq üçün Mİ-6 Türkiyədə Şərq tayfalarının ələ alınması ilə çevriliş hazırlayır. Digər politoloq ona etiraz edir və iddia edir ki, britaniyalıların əsas məqsədi heç də çevriliş deyil.

Son zamanlar Ərdoğan və Putinin səyləri nəticəsində, deyəsən, Türkiyə ilə Rusiya arasında möhkəm birliyin əsası qoyulur. Dünyanı Britaniya dərin dövlətinin lənətindən xilas etmək istəyən hər bir vicdanlı insan bu ittifaqı müdafiə etməli və dəstəkləməlidir. Belə görünür ki, biz xarici siyasətimizi respublikanın qurulduğu andan ilk dəfə olaraq sürüşkən yoldan xilas edirik.

Uğur Attila bildirib ki, Türkiyədə yeni çevrilişin hazırlanması üçün Britaniyanın Mİ-6 Kəşfiyyat Xidməti ölkənin şərqində yerləşən tayfalarla danışıqlara başlayıb və üsyanı dəstəkləmək üçün çoxlu pul vəd edib.

Sosial Barış və Sülh Assosiasiyasının (TUBDER) sədri, politoloq Kenan Karataşın fikrincə, polkovnik Uğur haqlıdır, çünki Britaniya kəşfiyyatı regionda iş aparır, amma əsas məqsədi çevriliş deyil.

“Mən Mİ-6-ın yeni çevriliş üzərində çalışdığına inanmıram, – Karataş bildirib. – Biz artıq qeyd etmişik ki, imperialist agentlər ölkənin şərqində lap çoxdan məskunlaşıblar, onlar regionda ənənəvi geyimdə gəzirlər, kürd dilində sərbəst danışırlar. Bir sözlə, imperialistlərin tabeliyində olan bütün təşkilatlar buraya axışıb. Hazırda Şərqdə yalnız Mİ-6 deyil, həm də MKİ, Mossad, KQB və digər kəşfiyyat xidmətləri yerləşir. Onlar tayfalarla söhbət edir, hərbi bazalar, polis məntəqələri, hökumət binaları kimi mühüm obyektlər haqqında ətraflı məlumatlar toplayırlar”.

Kenan Karataş hesab edir ki, onların əsas məqsədi yeni çevriliş deyil, kürd həmvətənlərimizi qiyama təhrik etməkdir:
“İsrail və Böyük Britaniyanın himayəsi altında onlar Kahramanmaraş, Antakya və hətta Adananı öz tərkibinə daxil edəcək Federasiya yaratmaq istəyirlər. — Bu konstruksiyada Türkiyə ümumiyyətlə yoxdur. Güman edilir ki, gələcəkdə İraq və Suriya bu Federasiyaya qoşulacaq”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10