Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İntihar etmək istəyən şəxsdən qeyri-adi addım: Üşüdüyü üçün... - VİDEO



İntihar etmək üçün körpüyə çıxan kişi üşüdüyü üçün qızınma hərəkətlərinə başlayıb. Bu isə maraqlı görüntülərə səbəb olub. Hadisə Türkiyənin Adana şəhərində qeydə alınıb.

Bu barədə “Haber Global” məlumat verib.

Bildirilir ki, dörd gün əvvəl Seyhan çayı üzərində körpüyə çıxan Əhməd U. polislərlə iki saatlıq danışıqdan sonra körpüdən düşməyə razı olub. 

Lakin həmin şəxs dünən yenidən eyni məqsədlə körpüyə çıxıb. Onu bu vəziyyətdə görən vətəndaşlar polisə xəbər veriblər. Hadisə yerinə polis, xilasedicilər və tibb işçiləri cəlb edilib.

Bundan sonra baş verənlər isə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Belə ki, Əhməd U. körpünün üstündə üşüməyə başladıqda isinmək üçün yeriməyə başlayıb. Onunla birlikdə danışıq aparan polislərin də hərəkət etməsi maraqlı görüntülərə səbəb olub.

Nəhayət, üç saatlıq müzakirələrdən sonra onu yenidən fikrindən daşındırmaq mümkün olub.

Əhməd U. məhkəmənin qərarı ilə Psixiatriya Xəstəxanasına yerləşdirilib.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10