Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

21 aprel 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Düşünürdüm ki, bu millət ən çox hara gedir? Bildiyimə görə, teatra getmir, muzeyə getmir, məscidə getmir, kitabxanaya illərlə ayaq basmır, nə bilim heç oyun vaxtı futbol stadionlarının çoxunun boş olmasından bəlli olur ki, bizimkilər ora da getmir. Bəs bunlar hara gedir?
- Bunu bilməyə nə var ki! Gündüzlər bazar-çayxana, axşamçağı və axşamlar toy-yas. Allah bizi belə işlər üçün yaradıb da!
- Buna görə kimə nə deyəsən, heç kar eləmir də. İstəyirsən qulağının dibində gecə-gündüz zurna çal.
- Bizim millətin ən gözəl xasiyyətlərindən biri də elə budur. Heç kim bu gündən, bu günkü dərdlərimizdən bəlalarımızdan danışmaq istəmir. Yəni hamı keçmişdən, bir də gələcəkdən söhbət açmağı xoşlayır. Əksəriyyət isə deyir ki, malıma dəymə, mülkümə dəymə, hacılığıma dəymə, “bacılığıma” dəymə, sən vuruş mən baxım, salamat qalsan, söhbət eləyərik.
- Görürsən də, necə ağıllı adamlarıq. Yoxsa, azadlıq belə gəldi, haqq-ədalət belə getdi, insan hüquqları o yana qaçdı. Tutaq ki, Nizami Gəncəvi “Xəmsə” ni yazanda ruslar hamam nə idi bilmlrdi. Amerikanın adı isə heç bir kitab-dəftərdə yox idi. Amma indi, onlara da bax, bizə də. Ona görə özünü üzmə, tərə yeyən də yaza çıxar, kərə yeyən də.
- Səni başa düşmürəm e. Gah qılınc götürüb, doğraya–doğraya gedirsən. Gah da çalın-çarpaz dağ çəkdiklərinin başının altına nazbalış qoyursan.
- Əvvəldən layihə çərçivəsində belə razılaşmışıq da. Bir də görürsən ki, icra başçılarlndan biri zəng edir, ay filənkəz, ay qəzetçi dostum, bizə bir kömək elə, dünya bizdən demokratiya gözləyir, müxalfət isə yatıb, nə qədər silkələyirəm, ayılmır. Bir mətbüata çıxalar, nöqsanlarımızı deyələr, nə bilim bəyanət verələr... tərpənmirlər ki, tərpənmirlər. Heç olmasa, siz bizi tənqid eləyin (onsuz da tənqidə əhəmiyyət verən yoxdur ), dünya görsün ki, o demokratiyadı, nədi, nə zəhrimardı, bizdə ondan da var. Yoxsa, elə bilərlər ki, amalımız, məqsədimiz ilə dükan yeri satmaq, idarələrdən pul yığmaqdır.
- Buna görə biz də sözlərin yerə salmayıb, onlardan döşəyirik. Amma bir də görürsən ki, xəbər gəlir, vəziyyət yaxşıdır. Bir az sakit oturan yığdıqlarımızı yerbəyer eləyək. Biz də başlayırıq topu qapının üstündən vurmağa. Yerliçilikdir də, gərək bir-birimizi eşidək.
- İndi o məmurların qulağını bir də haçan kəsəcəksən?
- Qoy qulaqları bir az da uzansın, kəsməyə gedəndə səni də çağıracağam.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10