Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ABŞ “adi müharibə”lərin simasını dəyişir: Polimer silahlar erası...



ABŞ bütün dünyada “adi müharibələrin” simasını dəyişəcək ciddi bir yeniliyə imza atıb.

 

Cenub.az xarici mediaya istinadən xəbər verir ki, müasir müharibələrin tələblərinə uyğun olaraq, hərbçilərin daha yüngül və eyni zamanda effektiv atıcı silahlarla təchizatı istiqamətində araşdırmalarını davam etdirən ABŞ, bu sahədə böyük uğura nail olub. Belə ki, uzunmüddətli araşdırmalar sonunda ABŞ-ın dəniz qoşunlarında mis materialdan ibarət bütün atıcı silahlar, eləcə də pulemyotlar polimer materialı ilə əvəz edilib. Nəticədə bu, silahın çəkisinin əsaslı şəkildə azalmasını, həmçinin onun keyfiyyətinin artırılmasını təmin edib. 

 

ABŞ-ın silah mütəxəssisləri hesab edir ki, “plastikə bənzər bir maddə olan polimer, misdən daha yaxşı istiyə dözür, yəni silahlar daha soyuq olur və hissələrin parçalanma və aşınma ehtimalı azalır. Bu, həmçinin döyüşçülərə digər texniki problemlər olmadan daha uzun müddət atəş etməyə imkan verir”.

 

Mütəxəssislər hesab edir ki, ağır atıcı silahların yüngül polimerlə əvəzlənməsi daşınma xərclərinin də azalmasına, habelə ağır silah-sursatın daşınması zamanı ortaya çıxan xəsarət hallarının azalmasına imkan verəcək. Amerika Təhglükəsizlik Mərkəzinin araşdırmasına görə, 2004-2007-ci illərdəki tibbi təxliyyənin üçdə biri ağır silah və yük daşımaları nəticəsində meydana gələn qeyri-döyüş yaraları ilə bağlı olub. Hansı ki, polimer silahlar dövrünün başlanması ilə bu problemin də əsaslı şəkildə öz həllini tapacağı ehtimal olunur.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10