Xalq artisti Zülfiyyə Xanbabayeva ilk dəfə həyat yoldaşı Zaur Məmmədovla fotolar paylaşıb.
Müğənni ərinin ad günü olduğunu vurğulayıb və onu belə təbrik edib:
“22 il bir göz qırpımında keçdi. Bu illərimin dostu, sirdaşı… Məni bir qadın və ana kimi xoşbəxt edən həyatımın yoldaşı… Ad günün mübarək”.
Fotoda cütlüyün qızı Dəniz də yer alıb.
Qeyd edək ki, Z.Məmmədov “Simurq” futbol klubunun eks prezidentidir.
Axşam.az