Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

20 mart 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Qıza, biz dəsmalı evlərə yox e, idarələrə atacağıq. Evlərdə ən yaxşı halda 1 yumurta və 1 manat da pul qoyurlar. Amma idarələrdə bilirsən dəsmala nələr bağlayırlar?
- Təxminən təsəvvür edirəm.
- Bax, təminat şöbəsində aşağısı bir ünvanlı yardım bankomat kartı, komissarlıqda ağ hərbi bilet (içinə kimin adını yazırsan, yaz), məhkə-mədə ad yeri boş olan hökm, götür kimə düşmənçiliyin var, adını yaz, atdır içəri.
- Elə bunlardansa, birdəfəlik icra hakimiyyətinə dəsmal atıb, ya bir vəzifə, ya da aşağısı 5-10 kvadrat metr dükan yeri qapazlayarıq.
- Qıza, ağlını çaşdırma. Neçə illərdir ki, çəpərütündə ayaqlarım sınıb, dilim qabar olub, amma səni başa sala bilmirəm ki, bunlar hər nədən pay versələr, vəzifədən pay verməzlər.
- Niyə olmur e. Odur e, həmkarlar komətisi vəzifəsini qızlarına cehiz vermədi?
- Onlar özlərinki idi, sən özgəsən. Bir adam ki, bir rəhbər ki, xadimənin 50 manatına da göz dikib, onun 1 faizini özünün büdcədənkənar fonduna qata, o, sənin dəsmalına vəzifə bağlayar?
- Yəni bunlar heç doymayacaq?
- Doysaydılar, uşaq bağçasındakı körpələrin verməşilinə göz dikməzdilər ki. Keçən dəfə oxumadın? Faktı gözlərinə soxuram, ancaq cinqırları çıxmır. Çünkı şərikdirlər. Çünki pulu görəndə ar- namus, mərdlik, əsl-nəsil yadlarından çıxır. Bir adam ki, “taxtabaş”
dediyi adama fəxri-fərman verə, yaxud kimsə sənə “taxtabaş” deyə, sən də onun şəninə təriflər deyəsən, demək, elə sən də taxtabaş olmasan da, şalban düşüncəli bir şeysən də.
- Deyirəm ki, bəlkə rəhbərimizin bu işlərdən xəbəri yoxdur, yoxsa, qəlbində bir az Allah xofu olan insan bu qədər alçaqlıqlara dözməz.
- Ola bilsin ki, xəbəri yoxdur. Çünki bütün rayonu qarış-qarış satmaq sənə balaca iş gəlməsin. Vaxt çatmır. Necə olur e, bazarın ən balaca pul yığan polisi Bakıda 2 ev, 2 arvad saxlayır, amma bir neçə illərdir ki, bu çəpəri sökdürüb, bir babat hasar çəkdirə bilmirik?
- Bunun yolları var da. Bir az əyil, bir az alcal, məqamı gələndə qudur, üzə dur, sənin də hər şeyin olsun.
- Hamısını görə-görə gəlirik. Aləmə dərman qılan İnsanov indi özünə dərman tapmır. Bunların qoz-qoz gəzməklərinə baxırsan? Bir də görürsən ki, özlərində bərələn gözləri bərəldəndə həmən vermeşili onlara sosiska kimi , xiyar kimi, badımcan kimi yedizdirirlər.
- Nə əcəb yazdıqlarımızı heç təkzib etmirlər.
- Nəyi təkzib edəcəklər. Bunların güçü, kişiliyi jurnalisti qaranlıq koridorda güllələtməyə, xəlvəti küçədə biçaqlatmağa, üstünə maşın sürdürməyə, sonra da onu ört-basdır etməyə çatır. Hələ də neçə min qız-gəlinimiz, ağbirçək nənələrimiz erməni əsirliyində təsvirə gəlməz şəkildə təhqir edilir, heç keflərinə gəlmir? Bunlarda o mərd-lik, o alicənablıq yoxdur. Tək-tük səsi çıxanların da bəzilərini elə yemləyirlər ki, gah keçi, gah qoyun kimi onlar üçün mələyirlər. Hərdən bur az kişiləşsələr də, balaca sərvətlərinə toxunan kimi, deyirlər, vicdanımı al, ləyaqətımi al, amma mal–mülkümüzə dəymə. Ona görə əmioğlular aralarında qanlı su axsa da, sərvətə görə hər iki tərəf sındı, cındırlaşdı. İndi hərəsi bur tərəfdən xalqın bu “tük” olmayan başını qırxır.
- Bəc bütün bunları Allah görmür?
- Niyə görmür?
- Hələlik tikdikləri başlarına uçur, bir azdan ayaqları altından yer qaçacaq.
- Yaxşı, vaxt daraldı. Dəsmal atmağa gedək, ya yox?
- Azarım onların dəsmala bağladıqlarına. Qadın da olsaq, gedək kişi kimi yavan çörəyimizi yeyək, bəzi plastmas ağsaqqallar, ziyalılar kimi heç kimin qapısında boyun bükməyək.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10