Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Nazarbayevin qızı Avropada milyonlar xərclədi - Foto



Qazaxıstanın keçmiş prezidenti, ölkənin faktiki rəhbəri Nursultan Nazarbayevin qızı Avropada daşınmaz əmlak alıb. Dinara Kulibayeva İsveçrədə 44 milyon frank (təxminən 45 milyon dollar) xərcləyib.

Cenub.az Bizimyol.info-ya istinadən xəbər verir ki, Nazarbayevin qızı Cenevrə ətrafında torpaq sahəsi alıb. O, özünün Belriv qəsrinin yaxınlığındakı ərazini rəsmiləşdirib.

Kollonj-Belriv kəndindəki torpaq sahəsinin 1,5 hektarı əhatə etdiyi bildirilir. Kulibayeva 17-ci əsrin qəsrini keçən il almışdı. Həmin tarix nümunəsini ona Monakoda yaşayan Mark Sursok satıb.

Sursok qardaşları qəsri 120 milyon İsveçrə frankına satmağı planlaşdırırmış. Amma uzun müddət müştəri tapa bilmirdilər. Sonda Nazarbayevin qızına 62 milyon franka satmışdılar.

Kulibayeva 2009-cu ildə İsveçrədə başqa iqamətgah da almışdı. O, Anyer kəndindəki dəbdəbəli ev üçün 75 milyon frank ödəmişdi






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10