Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

11 mart 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Bir də eşitdiyimə görə, kimdən çox şikayyət edirlərsə, həmin başçının adını qara siyahıya salırlar, amma həmin vaxt yox, bir az sonra işdən kənarlaşdırırlar.
- Qıza, nə olsun e, onsuz da başçılar dəyişsə də, taslar dəyişmir.
- Daha doğrusu, dəyişir e, yəni, əksinə, daha da yüksəlir.
- Qıza, o gün biri mənə deyir ki, bu əndrabadi işləri tez görürsən, gəl bir az da adadlıq işlərindən yaz. Mən də dedim, yaxşı. Birlikdə gəl-dik Xətayi parkının yaxınlığına. Gördüm ətrafa nə qədər metlax döşənib, yarlı-yaraşıqlı. Birdən elə bil məni cin vurdu. Nə görsəm yaxşıdır? Metlaxların əksəriyyəti xaç nişanlıdır. Elədən baxdım, belədən baxdım, gördüm, zalım balası necə qəşəng çertyoj verdiribsə, haradan baxsan XAÇA söhbət yoxdur.
- Sən keşən dəfə nə üçünsə, deyəsən, bir–iki araqarışdıran axtarırdın.
- Sən də elə günəşi qəndələş oxudun. Araqarışdıran hər yerdə doludur. Mənə peşəkar üzəduran lazımdır. Yaxın dostlarımızdan biri “Mundar adamlar muzeyı” yaradır. İstəyirdim ki, həmin yaramazlardan bir–ikisinin fəaliyyətini ora eksponat kimi qoyaq.
- Bu sahədə əsas mütəxəssis rayonun ən böyük kəndələrindən birində yaşayır. Ağzın bir-iki dəfə möhkəm ovandan sonra indi bir az sakitləşib. Biri də çöl kənd tərəfdə idi. Böyük şairlərdən birinin adını daşıyırdı. Müsavata girib, sonra onu tula payına satıb, neçə təmiz adamın üzünə durdu.
- İndi deyirsən, bu boyda rayonda 2-3 üzəduran tapmayacağıq?
- Hə, yadıma düşdü. Bizim çox hörmətli bir kəndimiz var, nurlu seyidləri, dəyərli ağsaqqalları ilə zəngindir. Son illər durada 2-3 üzə -duran yetişib.
- Bəs kəndin ərazi nümayəndəsi belələrinin şərəfsizliyinə necə dözür?
- Qıza, elə üzəduranları o yetişdirib, yemləyir də. Kim ki, ondan şikayyət edir, halal torpağın tələb edir, bu üzə duramlarını buraxır onların üstünə.
- Bəs bunlar fikirləşmir ki, ailəsi var, uşaqlar var. Həyat 1-2 günlük deyil. Onların bütün hərəkətləri 2008–ci ilin üzəduranları kimi qəzet vastəsi ilə bütün xalqa çatdırılacaq. Zəifləri əzə-əzə şərəfsizlik, yaramazlıq edib, bütün nəsillərinə ləkə gətirməklə bütün qohum -əqrəbalarını xəcalət sahibi edəcəklər?
- Bunlar bir yana, məncə, hüquq mühavizə orqanları da onların səviyyəsində deyil ki, belə yaramazların nazı ilə oynasınlar.
- Deyəsən, içərilərində elə polis içşisi də var. Bir də çox maraqlıdır ki, ekspert həkim də bu işə maraqlı rəy verib ki, yəni səbəbkarlardan birinin bir tərəfi göyərib.
- Hə, bildim. O həkim çox mədəni, ürəyiyumşaq adamdır. Kim kağız istəyir, naümüd qaytarmır. Ona görə, bəzisi elə öz-özünü qıdıqlayıb- cimdikləyib, sonra da ondan xəsarət kağızı aılr. Həm də bizim xalq çox zərif xalqdır, elə bərk öpüsəndə də yeri göyərir, yəni vətəndaş erotik xəsarət alır.
- Bu söhbətə hələlik nöqtə qoyub, gedək yazqabağı bayram çıxışımızı hazırlamağa.
- Doğru deyirsən, bacı. Elə mənim də fikrim var ki, bu bayramda bəzılərini yumurta kimi boyayaq.
- Eh, ay qıza, bir Şah Abbas lətifəsində deyilmişkən, bu yumurtaların üstünü nə qədər boyasan da, onsuz da çoxunun içi birdir.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10