Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Həmyerlimizdən möhtəşəm opera - (VİDEO)


 Opera Milli Qəhrəman Mübariz İbrahimovun həyat yoluna həsr olunub

Masallı rayonun Qızılağac kəndində boya-başa çatmış şairbəstəkarhəkim Şahin Musaoğlu son illərmədəniyyət sahəsində bir sıra uğurlara imza atmışdır.Onun vətənpərvərlik mövzusunda yazdığı şeirlərbəslədiyidillər əzbəri olan mahnılar bu uğurlarsırasındadır

Bu günlərdə  böyük səhnəyə vəsiqə alan Mübarizoperasının da liberottosu Şahin müəllimdirŞahinmüəllimin ilk operasını onun hələ kişah əsəri saymaq olar

Bu günlərdə yüksək səviyyədə təqdimatı olan opera barədə nəinki Azərbaycanın,  eləcə  Rusiya  digərölkələrin aparıcı saytları geniş məlumat yayıb.


 

Bu günlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalının təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şücaətindən bəhs edən və şəhidlərin xatirəsinə ithaf olunan “Mübariz” operasının premyerası keçirilib.

 

Tədbirdə 20 Yanvar gecəsinə həsr olunan rəsm sərgisi də nümayiş etdirilib.

 

Librettosu şair Şahin Musaoğlunamusiqisi bəstəkar Nərmin Nağıyevaya məxsus olan tamaşanın quruluşçu rejissoru Əməkdar artist İnarə Babayevadır. Operada baş rollarda Əməkdar artistlər Ramil Qasımov, Cahangir QurbanovTural Ağasiyev, həmçinin Səbinə Ərəbli, Taleh YahyayevŞaban Cəfərov, Elçin Əhədzadə və Aydan Həsənova çıxış ediblər. Səhnə əsərinin quruluşçubaletmeysteri Əməkdar artist Ceyhun Qubadovquruluşçurəssamı Fərid Nəcəfovdur.

Tamaşada F. Əmirov adına Əməkdar kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı, Azərbaycan Televiziyası və Radiosunun Cahangir Cahangirov adına xoru (xormeyster Şəhla Ələkbərova) iştirak edib.

 

Tamaşaçılar mübarizliyə səsləyən operanı həvəslə seyr edib, tədbirdən xoş xatirələrlə ayrılıblar. Zalda opera boyu hökm sürən ruh yüksəkliyi, ara verməyən gurultulu alqışlar, sonda aktyor və bütün tamaşaçılar tərəfindən yekdilliklə səslənən “Azərbaycan, Azərbaycan” nidaları xalqımızın vətənpərvərliyini, şəhidlərə əbədi ehtiramını bir daha sübut etdi. Şübhəsiz ki, “Mübariz” operası klassik musiqi sənətinə dəyərli töhfə olmaqla yanaşı, gənclərdə vətənpərvərlik ruhunun, sarsılmaz mübarizə əzminin formalaşdırılmasında da mühüm rol oynayacaq.

 

Operanın linki əlavə olunur. 



CENUB.AZ






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10