
Masallı Rayonunun Ərkivan qəsəbəsi Qarabağ uğurunda döyüşlərdə 20-yə yaxın şəhid verib. Onların hər birinin xatirəsi əziz tutulsa da, şəhid Əlvan Bağırov bəzi özəllikləri ilə seçilir. Çünki, Əlvan sanki gələcək acı taleyindən xəbərdar kimi 20 yanvarda – matəm günündə anadan olub.
Bu gün, yanvarın 19-da Ərkivan Qəsəbəsində 2-ci dünya savaşında və Qarabağda həlak olanların abidəsi önündə anım tədbiri keçirilib.
Tədbirdə Ərkivandakı 5 tam orta və əsas məktəbin müəllim və şagird kollektivi, qəsəbənin rəhbər işçiləri, ziyalıları, ağsaqqalları, gəncləri iştirak edib. Hər bir məktəb tədbirə öz proqramı ilə, bu məqsədlə hazırladığı kompozisiya ilə çıxış edib.
Şəhid Əlvan Bağırovun adını daşıyan Həsənəküçə məhəlləsindəki tam orta məktəbinin hazırladığı ədəbi-bədii kompazisiya daha maraqlı təsir bağışladı. Məktəbin direktoru Məmmədağa Sadıqovun və digər təşkilatçıların zəhməti təqdirəlayiqdir
Sonda tədbir iştirakçıları Şəhidin qəsəbə qəbiristanlığındakı məzarı ziyarət edildi, qəbri üstə əklil və çiçəklər qoyuldu.
Tədbirdən Vamiq Məmmədovun hazırladığı video görüntüləri sizə təqdim edirik.
Cenub.az