Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məhkumlar həbsxanadan qaçdı - Gənc qızları HƏYƏCAN BÜRÜDÜ



Paraqvayın Braziliya ilə sərhəddə yerləşən Pedro Xuan Kabalerro qəsəbəsindəki həbsxanadan 75 məhkum qaçıb. 

BBC xəbər verir ki, məhkumların qaçmasında nəzarətçilərin də rolu olub. Onlardan bəziləri cinayətkarların təcridxanadan qaçmasına şərait yaradıb. Məlum olub ki, qaçan məhkumlar narkotik ticarəti ilə məşğul olan qruplaşmanın üzvləridir. Polisin məlumatına görə, onların arasında gənc qızlara qarşı zorakılıq və xüsusi amansızlıqla cinayətlər törətmiş təhlükəli cinayətkarlar da var.

Qəsəbədə polis gücləndirilmiş iş rejiminə keçib. Məhkumların axtarışları davam edir.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10