Xəyalındakı toyu etdiyi üçün anasını da balayına dəvət edən Lauren Val adlı ingilis qadın toydan iki ay sonra həyatının şokunu yaşayıb. Gənc qadının anası sevgilisindən hamilə qalıb.
Cenub.az moderator.az-a istinadən xəbər verir ki, Laurenin anası qızına 15 min sterlinq dəyərində möhtəşəm bir toy edib. Gənc qadın təşkil etdiyi toya görə anasına təşəkkür etmək üçün "balayı"na gedərkən onu da özü ilə aparıb. Ancaq Lauren anasının həyatını məhv edəcəyindən xəbərsiz idi.
Toydan iki ay sonra münasibətləri pozulan cütlük bir müddət sonra ayrılmağa qərar verib. Boşanma mərhələsində olan qadın bir neçə ay sonra ərinin anasının evinə köçdüyünü və anasının ondan uşaq dünyaya gətirəcəyini eşidib.
Hazırda 34 yaşı olan Lauren aradan 10 il keçməsinə baxmayaraq anasına çox qəzəbli olduğunu və onu heç vaxt bağışlamayacağını deyib.