Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerikdə yarım metr hündürlüyündə qar yağıb - FAKTİKİ HAVA



Lerikdə qarın hündürlüyü 55 sm-ə çatıb, dağlıq rayonlarda 11-14 dərəcə şaxta olub
 
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 19-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq ərazilərdə qar yağıb. Düşən yağıntının miqdarı Lənkəranda 33 mm, Lerikdə 14 mm, Astarada 12 mm, Yardımlıda 9 mm, Ordubadda 3 mm, Naxçıvan və Şahbuzda 2 mm, Ağdərə(Ordubad), Sədərək, Qusar, Quba, Biləsuvarda 1 mm , Bakıda və Abşeron yarımadasında 1-3 mm təşkil edib.
 
Qar örtüyünün hündürlüyü isə Lerikdə 55 sm, Sarıbaşda(Qax) 39 sm, Kişçayda 14 sm, Ordubadda 10 sm, Yardımlı, Xınalıq, Altıağacda 8 sm, Xaltan, Qrızda 7 sm, Şahbuzda 5 sm, Naxçıvanda 4 sm, Şahdağda 3 sm, Şərur və Şahbuzda 2 sm, Gədəbəy, Şəki, Qubada 1 sm olub.
 
Havanın minimal temperaturu dağlıq rayonlarda 5-7 dərəcə şaxta, yüksək dağlıq rayonlarda 11-14 dərəcə şaxta olub.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10