Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

19 fevral 2008-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Bəs xəbərin var idi ki, məni oğurlamışdılar?
- Pul istəyirdılər, ya qızıl?
- Məni yerdəkilər yox e, başqa planetdən gələnlər oğurlamışdı?
- Nə istəyirdilər axı?
Deyirlər ki, başqa planetdən hey baxırıq, amma başa düşmürük orda nələr olur ? Ona görə bəzi məsələləri məndən öyrənmək istədilər.
- Sən də nə var, söylədin, hə?
- Yox, bacılı. “Kişi deyilik?” Sən bilirsən ki, mən siyasətçiyəm. Əvvəl başçını soruşdular. Dedim ki, özü kimi təməz oğlan bir də özüdür. Gülləni gözündən sıx, rüşvət almaz, haram tikə yeməz, heç kimin haqqını taptalamaz. O qədər qəlbi nazikdir ki, bir satqına, bir rüşvətxora güldən ağır söz deməz.
- Sən dedin , onlar da inandı?
- Elə rüsvayçılıq da ondan sonra başladı da. Mənə lentlər göstərdilər ki, uşaqlar demişkən “ujas”. Qıza, bunlar nələr eləmişlərmiş.
- Hələ bir-ikisini danış.
- Dəliyəm. Elə mən danışası deyiləm ki, yeyən kim, 5 ev, 5 arvad saxlayan kim, elə oda-alova mən düşməliyəm? Qıza, o göydəkilər bilirsən, məndən bir də nə soruşdular? Deyirlər ki, niyə sizin millət acgözlüklə oxuduğu qəzetə 30 qəpik vermək lazım gələndə az qalır uşaq kimi zırıldaya. Amma əmək haqqından ala bilmədiyi, zəhləsi getdiyi qəzetlər üçün 20-30 manat tutulanda cınqırı da çıxmır.
- Daha nə soruşdular?
- Deyirlər ki, sizdə bəzi yerlər elə bil qəbiristanlıqdır. İqtidarı yatıb, müxalifət batıb, QHT-si-filanı bilinmir nə edir. Hətta televiziyaları-mız deməyə xəbər tapmır, elə bu verliş o biri verlişin aparıcısını qonaq çağırır, o birisi də bu birisinin. Deyəsən, sizdə həyat donub. Alajurnalistlər gözləyir ki, harda camış bir ala–bula doğacaq, ya da qarışqa birdən-birə 15 bala verəcək, onlar da onu yazacaq. Görə-sən, maşın qəzaları, dəm qazından boğulanlar olmasa, sizdəkilər nə yazar, nə göstərər?
- Qıza, dünyanın hər yerində belədir də. Keçən dəfə qəzetimizdə oxumadın? O boyda İranda yas yerində ağlamağa adam tapılmır, onlarda “Ağlaşma” şirkəti yaradılıb, saatı 25-50 manata yaxşı ağlayan arvad–kişiləri yollayırlar həmin yaslara.
- Onların da dərin siyasəti yoxmuş e. Gəlsinlər biz tərəfə, biri 50 qəpikdən nə qədər ağlayan istəsə verk onlara. Bizdə kimi dindirsən - varlını da, kasıbı da, məmuru da sahibkarı da, kişini də, qadını da elə ağlaşma qururlar ki, adamın ölənləri bir yana, borcluları yadından çıxır.
- Onlar mənə bir təklıf də etdilər. Dedilər ki, bizdə yaxşı robotlar var - istəsən fasiləsiz yaltaqlıq etsin, gecə-gündüz səni tərifləsin, yaxud acığın gələn şikayətçiləri söysün, döysün, yorulanda səni tumarlasın, nə bilim, lap adamla elənsin.
- Deyəsən, göydəkilərin də başı fər işləmir. Robotu neynirəm, birdən işıqlar söndü, ya robotun batareyası qurtardı, neyləyərik?
Elə canlı rodotlarimiz, hətta bəzi “ziyalı” , “ağsaqqal” robotlarımız var, neçə illərdir, eyni mahnını, eyni nağılları müxtəlif başçılara necə lazımdır oxuyurlar. Təki hərdənbir onlara “malades “desinlər.
- Ona görə möhkəm sığortalanmaq lazımdır. Məsələn, xaricdə bəziləri qolunu, qıçını, o birsi dodağını, səsini, başqa birisi başqa strateji yerini sığortalatdırır.
- Bilmirəm, həmin şirkət bu işlə məşğul olur, ya yox. Amma həmin şirkətdən aldığım məlumata görə, hələ heç kim vicdanın, ləyaqətin sığortalatdırmaq üçün onlara müraciət etməyib.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10