Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bakılı milyarderlər Moskvanın mərkəzindəki Mərkəzi Bazarı aldılar



“Əmlak Kralları” Nisanov və İliyev MoskvadakıMərkəzi Bazarı alıblar.

Cenub.az konkret.az-ın Rusiya bürosuna istinadən xəbər verir ki, Moskvadakı Rojdestvenski Bulvarındakı mərkəzi bazarın sahibi dəyişib. Daşınmaz əmlakın vahid dövlət reyestrindən çıxarışa əsasən bazar binasının ümumi sahəsi 3,4 min kvadratmetrdir. Hazırda Mərkəzi bazarın ümumi sahəsi 5 min kvadratmetrdir.

Obyektin dəyəri təxminən 1,5-1,7 milyard rubldur. Mərkəzi bazarı gündə 12 mindən çox adam ziyarət edir və obyektin icarə haqqı 1 kvadrat üçün 25-40 min rubl təşkil edir.

Qeyd edək ki, Bakılı Qod Nisanov Zarax İliyevə məxsus olan “Kiyevskaya Ploşad” Qrupu Rusiyadakı ən böyük ticarət daşınmaz əmlakı sahibi kimi tanınırlar.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10