
Masallı sakini psixotrop maddələr və tiryəklə tutulub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhər sakini, 1988-ci il təvəllüdlü Məhərrəməli Fəzail oğlu Məmmədov saxlanılıb. Onun üzərinə şəxsi axtarış aparılan zaman 3 ədəd bükümdə, ümumi təmiz çəkisi 0,391 qram psixotrop maddə metamfetamin aşkar olunub. Saxlanılan şəxsin avtomobilindən 12 bükümdə, ümumi təmiz çəkisi 17,76 qram psixotrop maddə metamfetamin, 2 ədəd metadon tərkibli dərman preparatı, 1 bükümdə, təmiz çəkisi 145,020 qram olan narkotik vasitə tiryək, 1 xəncər və 1 mətbəx bıçağı aşkar edilərək götürülüb.
Faktla bağlı Masallı RPŞ-nin İB-də cinayət işi başlanılaraq Məhərrəməli Məmmədov barəsində həbs qəti-imkan tədbiri seçilməklə istintaq davam etdirilir.


