Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallılı tələbə doğrudanmı İtaliyada itkin düşüb?



İtaliyada təhsil alan masallılı tələbə, nəvəm Bəhlul Bəhlulzadənin bu gün bizə yazdığı mesaja görə İtaliyadakı media şəbəkələrində bir azərbaycanlı tələbənin itkin düşdüyü barədə məlumat yayılıb. İnternetdə axtarışımızdan sonra bəlli olub ki,  bu xəbəri APA-ya istinadən bir sıra Azərbaycan saytlarıda yayıb. Məlumatın mənbəyi kimi, tələbə Cavid Xıdırovun atası Əligüşad Xıdırovun Bakıda  4-cü polis bölməsinə yazdığı ərizə olub.

Xatırladaq ki, Əlgüşad Xıdırov Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub, burada boya-başa çatıb. Hazırda Bakıda tanınmış şirkətlərdən birində rəhbər vəzifədə çalışır. Onun 4 oğlu var və hamısı tələbədir. Onlardan biri də hazırda İtaliyanın Turin şəhərindəki  Politexnik Universitetinin sonuncu kursunda təhsil alan Cavid Xıdırlıdır.

Yuxarıdakı xəbərin yayılmasına isə bir yanlışlıq səbəb olub.  Əlgüşad Xıdırovdan aldığımız məlumata görə, bu il yanvarın 10-dan Cavidin telefonuna zəng çatmayıb. O da nigaran qalaraq polisə müraciət edib. Sonradan bəlli olub ki,  Cavid həmin vaxt anasına mesaj yazıb ki, dağlara 10 günlük səfərə gedir, ona zəng çatmayacaq. Lakin, anası bu xəbəri atasına çatdırmağı unudub. Hər şey xoş sonluqla bitib.

Oxucular üçün maraqlı olacağını nəzərə alıb, 2 il öncə Cavid və qardaşları barədə hazırladığımız “Yurda şərəf gətirən oğullar” adlı məqaləmizin linkini yazıya əlavə edirik:

http://cenub.az/1380-yurda-sheref-getiren-ogullar.html

 

Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10