Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Şeytan çıxarma” ayinindən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR



Panama polisi dini ayinin keçirildiyi əraziyə basqın zamanı şok mənzərə ilə üzləşib.

Cenub.az Publika.az-a istinadən xəbər verir ki, “şeytan çıxarma ayini”ndə 7 nəfərin öldürüldüyü məlum olub. Cəsədlərin yaşları 1-17 arası olan şəxslərə aid olduğu bildirilir.

Məlumata görə, “Tanrının yeni işığı” adlı təriqətin düşərgəsində aparılan axtarışlar zamanı işgəncəyə məruz qalan 14 nəfər xilas edilib. Dini ayinləri təşkil edən 10 nəfər nəzarətə götürülüb.

Polisin məlumatına görə, təriqət üzvlərinin dini ayinlər zamanı onlarla insanı qətlə yetirdiyi güman edilir. Cəsədlərin tapılması üçün ərazidə axtarışlar aparılır.







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10