Azərbaycan televiziyasının keçmiş diktoru Tamilla Ələkbərova şok açıqlamalar verib.
Cenub.az xəbər verir ki, lent.az-a açıqlama verən aparıcı bildirib ki, AzTV-dən ayrılmasına səbəb həmin kanalın keçmiş sədri Arif Alişanovdur. O, A.Alişanovun adını çəkmədən ünvanına bu sözləri ünvanlayıb:
“Ona insan demək istəməzdim. O üzdən iraq AzTV-yə gələndən sonra hərəmizi bir tərəfə göndərdi. O həmin kanala gəlmədən öncə bizə kostyum verirdilər. O gəlişi ilə hər şeyi ləğv elətdirdi. Hətta bizim hər birimizə aylıq 300 dollar pul verirdilər ki, geyinin. O adam bizə məhdudiyyət qoydu. Onun adını dilimə gətirmək istəmirəm. Siz də başa düşdünüz ki, kimi deyirəm. Mən ona heç nə demirəm. Göydə Allah var. Hər şey Allahın əlindədir. Bu mənim yandığım və ağrılı yerimdir. Çünki bizim kimi dünya görmüş aparıcıların AzTV-dən uzaq düşməsinə səbəb oldu. Biz müharibə dövründə aparıcılıq etmişik. Allah Heydər Əliyevə rəhmət eləsin. O, bizə çox diqqət göstərirdi. Harda olur-olsun, bizim sədrimizə zəng edirdi, deyirdi ki, 3-4 aparıcı ilə həmsöhbət olmaq istəyirəm. Həmin siyahıda mənim də adım olurdu”.