Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

31 dekabr 2007- ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Qıza, eşitmisən, camaat səni, Şaxta baba ilə bir yerdə görüb.
- Düz xəbərdir. Baxdım ki, bu bədbəxt xurcununu güclə daşıyır. Mənim də yazığım gəldi, bir az kömək elədim.
- Bəs Şaxta baba nə danışdı?
- Şaxta baba dedi ki, Şputnik antenası ilə siz tərəfdə gedən işləri izləyirəm. Görürdüm ki, hamının cibində çoxlu pul olmasa da, dükanlarınızda hər şey var. Ona görə sizə daha gərəkli hədiyyə gətirməyi qərara aldım.
- Qıza, nə gətirdi e, onu de.
- Şaxta baba bizim rayona 500-ə yaxın meymun balası gətirib. Deyir ki, meymun ili olmasa da, sizdəki Palmaların bu meymunlara çox ehtiyacı olacaq. Hələ gələcəkdə buralara meymun inkubatoru da göndərməyi planlaşdırıb. Söz arası onu da bildirib ki, burada körpə-cə yaşında məhv olan palmaların məhv olunmasına görə Afrikada 3 gun matəm günü elan olunub.
- Bəs danışırlar ki, Şaxta baba əvvəlki deyil. Qanı yaman qaradır.
- Axı, bu ildən Şaxta babalar da 36 manat vergi verəcək. Bİr də danışırdı ki, hansı evə gedirəm, elə bil camaatın təbəssümün, cəsarətin şaxta vurub. Nə qədər məzəli–məzəli danışıram, nə qədər çalıram, oynayıram, tükləri də tərpənmir. İllah ki, qazı, işığı normal olmayan yerlərdə. Elə bil bütün evdəkiləri şaxta vurub, hamı Şaxta babadır, ancaq saqqalları çatmır.
- Axırı bu Şaxta babanı da Vətən xaini çıxardarlar.
- Canı cəhənəmə. Otursun xarabasında. Qapı-qapı düşməsin.
- Qıza, mənim başıma bir ideya da gəlib. Bəlkə, biz də bir NAR bayı
- alıb, elə bir-birimizlə çəpərsiz danışaq.
- Bu mobilçilər o qədər fırıldaq quraşdırırlar ki, onlara inanmaq da olmur. Biri “klass”deyir, o biri “maksimum“, biri 4-ü 1 hesablayır, o biri deyir, gəl pulsuz danış. Hərəsinin də kökündə bir fırıldaq. Elə onlardansa, gəl özümüz bir Çəpərcell açaq, hər çəpərsel alana da bir şələ çilə verək, qışda ocaqda yandıra-yandıra telefonla danışsın-lar.
- Qıza, bu sohbətlər lap başımı ağrıtdı. Ən maraqlı iş keçən dəfəki idi.
- Hansını deyirsən ?
- Başqalarının pullarını sayırıq a.
- Hə, indi kimin pullarını sayaq.
- Elə gözumuzun qabağındakı Xətai meydanını metlax döşəyirlər a, gəl onların pulunu sayaq... Deyilənlərə görə, bu iş üçün 550 min manat pul ayrılıb. O gün bekar idim. Hesablayıb gördüm ki, bu ətrafa ən çoxu 2 min kvadratmetr metlax döşənib. Hər kvadrat metrin də material, usta və sair pulunu hesablayıb gördüm ki, 1 kvadratmetr ən çoxu 10 manata düşür. Həmin 10 manata düşür. Həmin 10 manata 2 min kvadrat metrə vuranda elədi 20 min manat. Heykəl pulu, səki pulu, işıq pulu və sairi də hesablayıb, bir az da rəqəmləri şişirdib elədim 40 min manat. 10 min manat da bunla-rın çaq-çuqu. Bəs qalan yarım milyon manat, yəni 500 min manat hara getdi?
- Tutaq ki, bunun cavabını tapdıq.
- Bax onu tapsan, əmək və sosial müdafiə mərkəzənin təmirinə çəkilən 360 min manatın, eləcə də Köhnə bazar ətrafında kvadratmetri 500-600 manata satılan 2 min kvadratmetrdən artıq dükan yerinin incələnməsini baçın sənin üçün xırdalayacaq.
- Daha bayram axşamı hamının kürkünə birə salma, qalanında gələn dəfə xırdalayarıq.
- Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10