Cəlilabadda yol qəzasında ölən şəxsin kimliyi məlum olub.
"Report"un Muğan bürosunun məlumatına görə, bu, Salyan rayon sakini, 1960-cı il təvəllüdlü Məmmədov Ağarəhim Kamil oğludur.
Onun meyiti Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***20:35
Cəlilabad rayonunda yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb.
İlkin məlumata görə, "Ford" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub. Nəticədə şəxsiyyəti hələlik müəyyən edilməyən bir nəfər ölüb. İki nəfər - Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Tahirov Yaşar Ərəb oğlu və Şəki rayon sakini, 1974-cü il təvəllüdlü Bədəlova Gültəkin Əyyub qızı yaralanıb. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.