Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

10 dekabr 2007-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Elə özümüzü qırmağa başlamışıq ki, haqqımızı yeyənlərə, başımızda turp əkənlərə, gündə bizi min dəfə alçaldanlara güldən ağır söz deməyə kişiliyimiz çatmır. Elə özümüzün qənimiyik. Əvvəllər bəzisi acizliyini müxtəlif bəhanələrlə ört-basdır etmək istəyirdi, amma indi çoxu “kişi kimi” deyir ki, bacı, mən kişi deyiləm, məndən belə-belə şeylər gözləmə.
- Biz başqa işlərdə kişiyik də.
- O hansı işlərdir?
- Bax, bu yarımçıq işlər var a. Park yarımçıq, bazar yarımçıq, küçə işıqlarının lanpasız turbaları az qalır yol keçənlərin gözünə girə.. yollara döşənən plitələr yarımçıq ... Bütün bunların da böyuk əhəmiyyəti var. Birinci, həmin iş üçün ayrılan pulları dərhal hesabdan silib yeyir, sonra da sahibkarlara, dükan tikənlərə deyirlər ki, sənin bizə bir qəpiyin də lazım deyil, get filan yerə, yəni biz pulun yeyən yerə 200 kv. metr metlax vurdur. Lap çoxbil-mişləri isə yuxarılara xəbər yollayır ki, böyük quruculuq işləri görürük, pulu 3 qat göndərin, çatmır.
- Keçən dəfə səhiyyədən nəsə deyirdin, o nə məsələ idi?
- O, çox uzun məsələdir. Hələ hamısını yığıb toplaşdıra bilmirəm. Amma onu bilirəm ki, səhiyyə başqanı burada müalicə olunan Az.Tv.-nin sədr müavini uşağının müalicəsi zamanı böyüklərin tapşırmasına baxmayaraq, bu məsələdən də pul almaqdan özünü saxlaya bilməyib. Buna görə icra hakimiyyətinin koridorunda şöbə müdirlərindən biri onu ağzına gələn söyüşlərlə yuyub sərub.
- O şöbə müdiri ki, çox ehtiyatlı idi. Yəqin ki, qulağına səda dəyib. Görür ki, baş həkimin işi şuluqdur, bir təpik də bu vurur.
- Onu bilmirəm, amma baş həkim o pul məsələsəndə düz eləməyib. Elə adi 50 manatlıq məvacibi olan sanitar - xidmət işini hərədən 300 manat istəyir, indi bir televiziyonşikdən 20-25 ”şirvan “ almasaydı, dünya dağılmazdı ki.
- Deyirlər ki, o, keçən dəfə bəzədiyı dizayneri bazarın ortasında döydülər, düzdür?
- Get özündən soruş da.
- Özündə olur ki, soruşum. Atıb partladır, heç bilir ki, dünyanın harasındadır.
- Deyir ki, şəhər bələdiyyəsi bazar arxası tikintilərə yaman mız qoyur, dükan yeri satan məmurlar üçün baş ağrısı yaradır.
- Bu işdə prinsip məsələsi yox, çaq-çuq məsələsi var. Yəni onun da qabağına bir az göy atan kimi 1-2 həftə lal olur. Belə işlərlə bizdəki ”yatmış gözəlləri” oyatmaq olmaz.
- Söhbətə başım qarışdı soruşmadım. Uşağın əsgərlək msələsı nə oldu ?
- Hələlik dəllallarla danışıqlar gedir. Bu yaxınlarda son qiymətləri öyrənib həm sənə, həm zəhmətkeşlərə satdıracam.
- Deyir yağın, qatığın qiyməti qalxdığı üçün onlar da qiyməti artırıb.
- Dəllallar axırıncı qiymətləri gətirsın, hər şeyi biləcəksən.
- Elə pus işlərdən yazırsan, yaxşı işlərdən də de də. Oduye, müəllimlərə bankomat verirlər. Hələ bu iş üçün 26 min manat pul da köçürdülüb.
- Sən də elə üzü görürsən, astardan xəbərin yoxdur. Pul bankomata köçəcək, lakin həmin bankomatı müəllimllərə veriləcəyi şübhə altındadır. Yoxsa qəzet pulunu, kitab pulunu, bəziləri üçün ... pulu necə çırpışdırırlar?
Zahir Əmənov









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10