Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yumşaq divanda oturub inqilabları evdən idarə etmək? – Bu, artıq reallıqdır!


Mütəxəssislər mobil telefonların, həm də rəqəmsal bomba olduğunu iddia edir, səbəb...
 Informasiya texnologiyalarının hər bir fərdin yaşamında mühüm yer tutduğu günümüzün aydın həqqiətlərindən biridir. Inkişaf edən rabitə kommunikasiyaları vasitəsi ilə hökumət və dövlət orqanlarının da daha çevik idarəetmə həyata keçirdiyi, xalqın istək və arzuları ilə daha qısa zamanda tanış olduğu da kimsəyə sirr deyil.

 

Cenub.az xarici mətbuata istinadən xəbər verir ki, psixologiya elmləri namizədi, Rusiya Siyasi Elmlər Birliyinin üzvü Natalia Krasovska bu günlərdə maraqlı bəyanatla çıxış edib. Rabitə texnologiyalarının, xüsusilə də mobil telefonların günlük həyatdakı önəminə diqqət çəkən N.Krasovska, ”rəngli inqilab”ların daha çox mobil telefon və sosial şəbəkələr vasitəsi ilə realalşdığını bildirib. O, qeyd edib ki, mobil telefonlar üzərindən sosial şəbəkələrə daxil olan vətəndaşları yumşaq divanda oturaraq doğru və ya yanlış məlumatlandırmaq, habelə hansısa proses və ya olayla bağlı yönləndirmək mümkündür. Hansı ki, ABŞ-ın Şərq ölkələrində “rəngli inqilablar”ı məhz bu yolla gerçəkləşdirdiyi ilə bağlı çxosaylı iddialar mövcuddur. 

 

Dövlətin buna nəzarət imkanının praktiki olaraq mümkün olmadığını bildirən rus psixoloq, mobil telefonları rəqəmsal bomba kimi xarakterizə edib. Onun fikrincə, hər kəsin üzərində daşıdığı bu “bomba”nın vasitəsi ilə insanları kütləvi aksiya və etirazlarda iştirakını təmin etmək, onları rahat evdən qarşıdurmaların yaşandığı aksiyalara çıxarmaq mümkündür. 

 

Artan rəqəmsallaşmanın dövlət və cəmiyyət üçün böyük risklər yaratdığıı iddia edən psixoloq, bu təhlükəni önləmək üçün birbaşa ünsiyyətin genişləndirilməsinin, habelə sosial şəbəkə istifadəçilərinin ictimai maraqlar naminə birləşməsinin zəruri olduğunu vurğulayıb. Mütəxəssisin fikrincə, yalnız bu halda bir zərurət olaraq meydana çıxan sürətli rəqəmsallaşmanın zərərli təsirlərini azaltmaq, onun dağıdıcı gücünün imkanlarını məhdudlaşdırmaq mümkündür.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10