Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıll-Ələddinin oğlu Brus Linin əhvalatı: 30 il sonra anası Olqaya qovuşdu - VİDEO



Rusiyanın Krasnodar vilayətində (Açinsk şəhəri) yaşayan Olqa Derbendova 30 ildir axtardığı oğlu Brus Li Kərimovu Azərbaycanda tapıb. Rusiyanın Birinci kanalında yayımlanan “Kişi/qadın” verilişinə olunan müraciət əsasında  könüllülər vasitəsilə uşağın Masallı rayonuna gətirildiyi müəyyən edilib.

Bu barədə Rusiya mətbuatı yazıb.

O. Derbendova verilişə gələrək bildirib ki, 1987-ci ildə çörək zavodunda işləyərkən azərbaycanlı Ələddin Kərimovla tanış olub. Bir müddət birgə yaşayıblar və atasının Brus Li adını verdiyi övladları dünyaya gəlib.

Qadının sözlərinə görə, Ə. Kərimovla birlikdə qeyri-leqal araq ticarəti ilə məşğul olublar və qazancları da pis olmayıb. Hətta Ə. Kərimov özünə avtomobil alıb və tez-tez dostları ilə birgə Yeniseysk şəhərinə gedib. Elə həmin ərəfədə birlikdə yaşadığı bu şəxsin əvvəllər narkotikə görə məhkum olunduğunu, ona xəyanət etdiyini öyrənib və aralarında dava-dalaş başlayıb. Ə. Kərimov Krasnoyarska getmək adı ilə oğlunu evdən çıxararaq Azərbaycana qaçırıb.

Araşdırma nəticəsində məlum olub ki, Brus Li Azərbaycanda adını dəyişərək Bəxtiyar Kərimovolub və onu ata nənəsi böyüdüb. Bu illər ərzində ona anasının qatarın altına düşərək öldüyünü deyiblər.

“Mənim anamla birgə çəkilmiş yeganə şəklimi nənəm qonşuda saxlayırdı, istəmirdi ki, onu görüb kədərlənim. Anamın qatarın altında qalıb öldüyünü demişdilər. Məni nənəm saxlayıb, böyüdüb, evləndirib, mənə həm ana, həm də ata olub. Atam isə Rusiyada yaşayıb, bizə hərdən pul göndərib, indi isə həbsdədir”,- B. Kərimov deyib.

B. Kərimov hazırda həyat yoldaşı, iki qızı ilə birgə Masallıda yaşayır, özü isə avtomobil təmiri ilə məşğuldur. Verilişin çəkilişləri onun evində və iş yerində də aparılıb. Sonra isə 30 yaşlı Bəxtiyar Kərimovu ailəsi ilə birgə studiyaya gətirilərək anasına qovuşdurublar.

G.Əliyeva

Virtualaz.org






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10