Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

SON DƏQİQƏ: Kərbəlada ŞİDDƏTLİ TOQQUŞMA - Ölülər və yaralılar var (VİDEO)



İraqın Kərbəla şəhərində təhlükəsizlik əməkdaşları ilə etirazçılar arasında şiddətli toqquşmalar baş verib.

Cenub.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşıdurma zamanı azı 2 nəfər həyatını itirib. Şahidlər tələfatın daha çox olduğunu irəli sürürlər. Onlarla yaralının olduğu deyilir. Vasit şəhərində də şiddətli toqquşmaların baş verdiyi barədə məlumatlar var. Azı 40 nəfər yaralanıb. Aksiyalara tələbələr də dəstək verir.

Qeyd edək ki, aksiyalar iranlı general Qasım Süleymaninin ABŞ ordusu tərəfindən öldürülməsindən sonra başlayıb. Etirazçılar İraq hökumətinin ABŞ-la bağlı siyasətini tənqid edir.








Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10