Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çox danışmaq insanı necə cəhənnəmə aparır?..



"Hər kim çox və yersiz danışar, istər-istəməz səhvləri və xataları da çox olar..."

İmam Əli (ə) buyurur: “Hər kim çox danışar – səhvləri də çoxalar. Hər kimin səhvi çoxalar – həyası azalar. Hər kimin həyası azalar – təqvası azalar. Hər kimin təqvası azalar – qəlbi ölər. Hər kimin qəlbi ölər – cəhənnəmə daxil olar”.

Hədisin şərhi.

İmam (ə) çox danışmağın ziyanlarına işarə edərək buyurur ki, hər kim çox və yersiz danışar, istər-istəməz səhvləri və xataları da çox olar. Dediyi sözlərin artıq mənasına və məntiqinə diqqət etmədiyinə görə, çoxlu səhvlər edər. Bu səhvlər sayəsində insanların qarşısındakı etibarı zədələnər. Nəticədə həyası azalar. Həyası o qədər azalar ki, etdiyi səhvlərin nə qədər utandırıcı olduğuna diqqət etməz.

Həya insanı bir çox səhv və günahdan saxlayar. Əgər həya azalarsa, insan daha çox günah etməyə meyl edər. Həya azalarsa deməli təqva da azalar. İnsanı günahdan saxlayan təqva get-gedə zəifləyər.

Təqva elə bir şeydir ki, əgər insanda az olarsa, insan daha çox nəfsinin ardınca düşər və daha çox günah etməyə çalışar. Çünki təqva artıq onu bu günahdan saxlaya bilmir. Günah insanın qəlbini elə qaraldar ki, daşa çevrilər. Belə bir qəlb həqiqətdə ölüdür. Çünki heç bir həqiqəti görmür və eşitmir.

Hər kimin qəlbi ölər, onun yeri atəş və cəhənnəmdir.

 
/Deyerler.org/





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10