Müğənni Aygül Ağayeva Tovuzda vəhşicəsinə öldürülən Nərmin Quliyevanın ruhuna mahnı həsr edib.
Cenub.az-ın Lent.az-a istinadən məlumatına görə, ifa etdiyi mahnıya bu cür izah verib:
"Mən də qız anasıyam. Bir ana üçün övlad itkisindən dəhşətli heç nə ola bilməz. Bu ithafı balaca mələyimizə borc bildim. Bunu reklam olaraq dəyərləndirməyin. Burada ancaq səsimi eşidirsiniz. Simamı görmədiniz, Nərmini göstərməyi daha məqsədə uyğun bildim. Mələyimizin ruhu şad olsun. Allah balalarımızı hifz eləsin".