Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lev Tolstoyun aforizmləri


“Sənətkar ona görə sənətkardır ki, əşyaları istədiyi yox, olduğu kimi görə bilir”.

* * *

“Dələ balalayır, insan isə təkmilləşir”.

* * *

“Şüur – instinktdən yayınmaq və bu yayınmağı dərk etmək qabiliyyətidir”.

* * *

“Dostoyevski mənə əziz və bəlkə də, yeganə insan idi ki, ona verdiyim bütün sualların cavabını ala bilərdim”.

* * *

“Hədiyyə etsən belə, onsuz da səndə qalacaq yeganə şey sevgidir”.

* * *

“Çox vaxt cavanlar başqasının yox, özünün ağlıyla yaşamaq istədiklərini deyir. Niyə axı sənə qədər düşünülənləri yenidən düşünməlisən? Hazır olanı götür və yoluna davam et. İnsanlığın gücü də elə bundadır”.

* * *

“Qürurlu insan buz qatıyla əhatələnmiş kimidir. Heç bir başqa hiss bu qatdan içəri keçə bilməz”.

* * *

“Yaxşı şeylər haqqında fikirləş. Bu düşüncə səni xeyir əməllərə sövq edəcək”.

* * *

“Həqiqi dostluq bir-birinə əminlikdən yaranır”.

* * *

“Qoy hər kəs öz qapısının ağzını süpürsün. Onda küçə də təmiz olar”.

* * *

“Taledə təsadüflər olmur. Öz taleyini insan özü yaradır”.

* * *

“Heyvanlara pis münasibət bəsləyən dövlət həmişə yoxsul və cinayətkar olacaq”.

* * *

“Elə yaşamaq lazımdır ki, ölümdən nə qorxasan, nə də onu arzulayasan”.

* * *

“İnsanlardan utanmaq yaxşı hissdir, özündən utanmaq isə ondan da yaxşıdır”.

* * *

“Başqaları haqqında pis, sizin haqqınızda yaxşı danışanlara qulaq asmayın”.

* * *

“Xeyir əməllər edə bildiyin üçün şükürlü ol”.

* * *

“Hansısa bir işi başlamaq istəyirsənsə, onu yaxşı elə. Əgər bunu bacarmayacaqsansa, yaxud istəməyəcəksənsə, bu isə başlama”.

* * *

“Şüur və mənəviyyat həmişə yanaşı olur”.

* * *

“Həyatın gözlənilməz hədiyyələrindən əlini çək, onu özün yarat”.

* * *

“Məhəbbəti anlamaq üçün səhv edib sonra düzəltməlisən”.

* * *

“Özümüz barədə həqiqəti hətta özümüzə də nadir hallarda deyirik”.

* * *

“Xoşbəxt olmaq üçün ən əvvəl xoşbəxtliyin özünə inanmalısan”.

* * *

“Ən çətini dilini saxlamağı bacarmaqdır – elə ən vacibi də”.

* * *

“Müharibənin fəsadları həmişə kütləvi yoxsulluq və kütləvi pozğunluq olacaq”.

* * *

“Borcunu yerinə yetir. Dərhal öz qiymətini biləcəksən”.

* * *

“Sevgisiz həyat asandır, amma həm də mənasızdır”.

* * *

“Bilik hədəf yox, silahdır”.

* * *

“Günəş bədəni isitdiyi kimi, sevinc də ruhu isidir”.

* * *

“Xoşbəxtlik – istədiyini eləmək yox, elədiyini istəməkdir”.

* * *

“Hər şeyin başında xeyirxahlıq dayanır. O olmadan ən yaxşı keyfiyyətlər belə qara qəpiyə dəyməz, onunla isə hətta bütün naqisliklər də bağışlanır”.

* * *

“Darıxdırıcı olmayan bütün incə sənətlər yaxşıdır”.

* * *

“Şərə qalib gəlməyin yalnız bir yolu var – pis adamlara yaxşılıq etmək”.

* * *

“Dünya iztirab çəkənlərə görə irəli gedir”.

* * *

“Əgər kafir daha öz taxta tanrısına inanmırsa, bu o demək deyil ki, Tanrı yoxdur, sadəcə, Tanrı taxtadan deyil”.

* * *

“Dəlilər həmişə öz məqsədlərinə ağıllılardan daha tez çatırlar. Çünki onlar üçün heç bir mənəvi qadağa, xəcalət, ədalət, hətta qorxu hissi belə yoxdur”.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10