-Onda heç olmasa, çəpərin üstündə bir gözmüncuğu, üzərllik as.
- Qıza, indinin üzərliyi də kooperativ düzəldəndi; yanıb eləmir. Bu yaxınlarda cənub rayonlarının birində icra hakimiyyətinin məmurlarından biri icra başçısına daha çox yarınmaq istəyib və başçı növbəti çıxış üçün meydana düşmək ərəfəsində, əlində üzərrik qaçıb meydanın ortasına ki, üzərllik yandırsın.
- Səbəb nə imiş?
- Guya bu başçı çox qəşəngdir, çox ağıllıdır, çox iş biləndir, xalqı elə soyur ki, ruhu da incimir... bax, belə-belə gözəl-göyçək xasiyyətlərinə görə, kişiyə göz dəyə bilər. Buna görə üzərlik yandırmaq istəyib ki, qada–bala bu başçıdan və onun pullarından uzaq olsun.
- Sonu nə oldu?
- Zəhrimar üzərrik yanmayıb. Daha kibrit qalmayıb, “zajiqalka” qalma-yıb, xahiş-minnət... üzərlik yanmayıb ki, yanmayıb. Bizim məmur məcbur olub üzərliyi bir qab nöyütdə”cimizdirib”, sonra yandırıb.
- Bir az da “sağ” dakı başçının gülməşəkər işlərindən danışaq. Deyir ki, rayonun köhnə qurdları rayonu necə fırlayırlarsa, bütün işlərdə günahkar həmişə başçı olur. İdarəsində 3-4 qruppa yaranıb. Bu əziz oğlan da fağırın biri. Başı inhisarçılığı, korrupsiyanı aradan qaldırmağa necə qarışıbsa, bu xırda-para işlərə vaxtı qalmır. Hələ onun haqqında bizə bir qara ”papqa” da yollayıblar. Vaxt olsa, arada özü ilə birgə gələr Seyrangahda o “papqa”dakıları vərəqləyərik.
- Bunlar o qədər də dərd deyil. Bir dənə özündən razı başçı var idi ha. O da sökdüklərinin əlində girinc qalıb. Aparatı da bölüb doğmalara və ögeylərə. Orada bir–iki babat oğlan var idi, onları da çirkli pullara nə təhər öyrəşdiribsə, nə təhər bulaşdırıbsa, lap din-imanları yadlarından çıxıb. “Rəhbər, rəhbər yolunda, göy dollarlar əlində” mahnısı oxuya–oxuya “liboy” məsləkdaşı tapdalayıb keçməyə hazırdırlar. Hələ bəzilə-runi tapdalayıblar da.
-Belə söhbətlər qurtaran deyil. Onsuz da başçıların yerin dəyişəndə cəm dəyişmir. Amma ”çəpərbüro”ya daxil olan ilginc məlumatlara görə, gələn il, seçki öncəsı, bunların çoxuna qırmızı vərəqə göstərəcəklər. Seçki ərəfəsinə elə adamlar gələcək ki, heç olmasa, 2-3 ay əhali bunların pis əməllərinin şahidi olmasın. Axı, hər başçı təzə gələndə ən azı 3 ay bir az təmiz işləyir.
Hər şey öz yerində, amma üzərlik məsələsi, yadıma duşəndə, xəyalıma çox eybəcər mənzərələr gəlir.
Zahir Əmənov