Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xorultunun əsl səbəbi tapıldı - Professordan XƏBƏRDARLIQ



ABŞ-ın Filadelfiya şəhərində yerləşən Perelman tibb fakültəsində xorultunun səbəblərini tapmaq üçün araşdırma aparılıb.

Tədqiqat nəticəsində dildəki yağ kütləsinin yuxunun keyfiyyətinə təsir göstərdiyi və xorultuya səbəb olduğu üzə çıxıb.

Fakültənin professoru Riçard Şvab araşdırma zamanı xəstələrin sağlamlıq vəziyyətini və çəkilərini nəzərə alıb. Məlum olub ki, artıq çəkidən xilas olan insanlar xorultu ilə daha az qarşılaşır. Professor açıqlamasında bu ifadələrə yer verib: “Dilimizlə danışır, yemək yeyir və nəfəs alırıq. O zaman niyə burada yağ toplanır? Yağın burada depolanmasının səbəbi dəqiq deyil, genetik də ola bilər, ətraf mühitin təsirlərindən də. Amma dildə yağın miqdarı nə qədər azdırsa, yuxunun keyfiyyəti də bir o qədər yaxşılaşır”.


publika.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10