Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İranda etirazlar başladı: Yalançı ölkə rəhbərlərinin istefası tələb olunur + VİDEO



“BBC” bildirir ki, bu gün İran Ukrayna sərnişin təyyarəsini səhvən raketlə vurduğunu etiraf edib. Bu xəbər xalq arasında şok effekt yaradıb. Tehranda spontan şəkildə bir araya gələn acıqlı insanlar İran hakim dairələrini, ölkə rəhbərliyini istefa verməyə çağırıblar.

Etriaza qoşulanlar əsasən vurlmuş təyyarədə həyatını itirmiş insanların doğmaları və qohumlarıdır. Onlar Amirkabir Texnologiya Universitetinin yanına yığışıblar.
Etirazçılar İran rəhbərliyini “yalançı” adlandırıblar. Etiraz aksiyasını özündə əks etdirən video-görüntülər sosial şəbəkələrdə yayılıb.

İran sərnişin təyyarəsinin raketlə vurlması ehtimalını dönə-dönə, özü də ən yüksək səviyyədə rədd etmişdi. Elə bu səbəbdən də İran tərəfinin rəsmi etirafı xalq arasında qəzəblə qarşılanıb.

Bu gün müxtəlif Qərb mənbələri İran rəsmilərinin bu etirafının ölkədə çaxnaşma yarada biləcəyi ilə bağlı ehtimallar səsləndirmişdi. Ancaq bu etirazın belə tezliklə həyata keçirilməsi onlar üçün də gözlənilməz olub.

Etirazı əks etdirən videoya aşağıdakı linkdə baxmaq olar:


Qeyd: Xəbəri İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli paylaşıb

moderator.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10