Ukrayna Prezidenti Vladimir Zelensky özünün Facebook səhifəsində İran tərəfindən vurulmuş Ukrayna təyyarəsi ilə əlaqədar öz şərtlərini irəli sürüb. Vladimir Zelenski rəsmi Kiyevin Tehrana etdiyi beş tələbi sadalayıb.
İran dövləti:
- birincisi, “tam və açıq” istintaq aparacaq;
- ikincisi, günahkarları məsuliyyətə cəlb edəcək;
- üçüncüsü, ölən ukraynalıların cəsədlərini qaytaracaq;
- dördüncüsü, təzminat ödəyəcək;
- beşincisi, "diplomatik kanallar vasitəsi ilə rəsmi üzr istəyəcək.
Ukrayna lideri Boeing 737 təyyarəsinin qəzaya uğraması ilə bağlı növbəti araşdırma zamanı heç bir "süni gecikmələrin" olmayacağına da ümid etdiyini bildirib. "45 mütəxəssisimizə ədalətin bərqərar olması üçün tam şərait yaradılmalı və qarşılıqlı əlaqə qurulmalıdır" – sonda Ukrayna prezidenti deyib.