Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

12 noyabr 2007-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Vallah, mən də məttəl qalmışam. Biri beyir əmioğlulardan yaz-ma, o biri deyir ki, müdir işləyən kəndçilərınə dəymə. Bunlardan başqa müdir var? Bəs kimdən yazaq?
- Nə isə, keçək mətləbə. Misir müəllimin məktəb forması məsələsi əksər məktəblərdə KVN-çilər demişkən “alınmadı”. Elə kənd məktəblərində kim nə tapdı onu geydi.
- Bəs deyirlər ki, tənsil şöbə müdiri Çindən 40 min məktəbli forması gətirəcək.
- Axı bizdə cəmi 31 min şagird var.
- Qıza, bu rayonda həmişə pripiska olub. Olacaq da. Bir də bu təhsil müdirinin heç bəxtı gətirmir. Götürüb köhnə kruqlarından birinə “Tərəqqı” medalı verdirib.
- Hasına? Bir yerdə vurur, bir yerdə üzə dururdular, ona?
- Hə də. Amma medal alan nankorluq edib, medalın haqqın çatdırmayıb. Nə olardı ki, hər müəllimdən 5-10 manat tutanda. Bu bədbəxt də dolanmalıdır, ya yox.
- Bəs sonu nə oldu ?
- Yazıq təhsil şöbəsinin işçiləri məcbur olub aparıb həmin mək-təbdəki əmək haqlarını özləri nolanol paylayıblar.
- Sən danışdıqca xəyalıma qəribə şeylər gəlir. Əvvəl deyirdilər ki, bütün dərdlərin əlacı təhsildədir, yəni göydən, istəsən ulduzlardan, Günəşdən xəbər verir, yerdən xəbər istəsən, 40 arşın quyudan soraq verir, nə bilim keçmişdən, gələcəkdən, nə öyrənmək istəsən, təhsildəndir.
- Bəs indi necədir ki?
- İndi təhsilin hər nöqtəsi puldur. 5-6 il oncə adi təbaşirdən milyonlar qatladılar. Gündəlik məsələsi həmişə puldadır. Krupnu qazanmaq istəyənlər attestat satışında öz məharətlərini sınaya bilərlər. Abunə məsələsi də biznesi bilənlər üçün yaxşı çörək yeridir. Daha proqram satmaq, maaşdan saxlamaq, təmir pulu, süpügə pulu... bunları blıməyən yoxdur. Məktəblı forması icə lap axrıncı pul qazanmaq formalarından biridir.
- Təhsil doğrudan da xəzinə imiş ki, şagirdlər “ev müəllimlərinin “ yanına, valdeylnlər isə Rusiyaya alverə getdiyindən bu xəzinədən xəbərsizdilər.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10