Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əli Həsənovun qardaşı oğlu haqqında ilginc FAKT



Məlum olduğu kimi, Prezidentin sabiq köməkçisi Əli Həsənovun qardaşı oğlu Elçin Həsənov bir neçə gün bundan öncə İctimai Televiziyanın Baş direktor müavini vəzifəsindən azad olunub.

Cenub.az xəbər verir ki, konkret.az-a Elçin Həsənov barədə ilginc məlumatlar daxil olub. Sən demə, o, vaxtilə yaşadığı Əhmədli qəsəbəsində evlərinin damında quşbazlıq edirmiş. Onun ən çox sevdiyi məşğuliyyət göyərçinlərin uçurulmasına tamaşa etmək olub.

Sonradan əmisinin ciddi dəstəyi ilə özəl universitetlərdən birinin diplomunu alan E. Həsənov “İdman Azərbaycan” kanalının Baş direktor müavini təyin edilib. Bir müddətdən sonra isə İctimai Televiziyanın Baş direktor müavini olub. Bu vəzifədə o, televiziyanın gənclər, elm və təhsil departamentini “kurasiya” edirmiş.

Digər məlumatlarda o da vurğulanır ki, səriştəsizliyi və intriqabazlığı ilə televiziyada işgüzar mühitə böyük zərbə vuran E.Həsənovun ucbatından ən peşəkar kadrlar işdən kənarlaşdırılıb.






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10