Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

30 oktyabr 2007-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Əladır ki, gəl əl çalıb alqışlayaq.
- Amma...
- Yenə amma?
- Vallah, ideya əla olmağına əladır. 10 il əvvəl də belə bir fikir var idi, amma reallaşmadı. Adam fikirləşir ki, rayon mərkəzi zibillik içində üzür, balaca yağış yağan kimi gölməçələr ”göz oxşayır”, “Detski mir”in yanın-dakı 4 yolda maşınlar bir–birinə ”minir”. Yəni başçımız onlarla bu xırda–para dərdlərə əlac edə bilmır, bu boyda zırıltını necə icra edəcək?
- O, təcrübəli adamdır. Ordan pul iyi gəlməsə, ömründə bu işə qol qoymaz. Bəlkə, fikirləşir ki, daha quruda dükan yeri qalmayıb, sudan çörək çıxartmaq, akvarium dükanlar yaratmaq istəyir.
- Sənə bir axmaq sual verim. Birdən desələr ki, filan yerə səni icra başçısı göndəririk. Nədən başlayarsan?
- Başlayaram (əgər tapsam) həmin rayonun tarixini, mədəniyyətini öyrənməyə, mənəvi dəyərlərini, istedadlarını, əsl ziyalılarını araşdırmağa, cəsarətli kişilərini dəyərləndirməyə.
- Əvvəldən demişəm ki, ağlın yoxdur, belə işləsən, səni 1-2 aya atarlar bayıra. İndi vəzəfəyə gedəndə gərək ilk növbədə axtarasan ki, həmin rayonun ən yaxşı ”baş kəsənləri“, bütün hallarda sürünməyi bacaran-ları, icazə ilə kişi olanları, cəsərətı, vicdanı başqasının cibində, qoltu-ğunda olan məmurları, iş adamları, bələdiyyələri kimdir. Və onlarla belələrini tapasan.
- Elələrini axtarmaq lazım deyil. Özləri qara milçək kimi qonacaq sifə-tinə.
- Məsələni çox böyüdüb eləmə. Ağlı olan indi vəzıfəyə getməz. Bir az çörəyin olsa da, kresloda olduğun müddətdə gərək vicdanı, insafı lonbarda qoyasan.
- Yeri gəlmişkən deyim ki, qazanxanalar idarəsindən bizə təşəkkur gəlib.
- Bizim tənqidimizdən sonra baş həkim başlayıb onların borcunu yavaş-yavaş ödəməyə.
- Doğrudan, baş həkim dedin, köhnə söhbət yadıma düşdü. Şef ondan əmanəti qəbul elədi, ya yox?
-- Yox, məsələ hələ açıq qalıb. O istəyənə bu qol qoymur. Bu deyənə də, o, dirsək göstərir.
- Niyə özgəsi bir verəndə götürür, bunun 5–nə yiyə durmur?
- Bİr az da səbr elə, gör sənə nələr ”xırdalayacam”.
- Elə indi de də. Onsuz da millət yatıb bizi eşidən yoxdur.
- Yox, bir–iki oyaq var, qoy onları da... sonra deyəcəm.
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10