Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"İranlılar aşkar şəkildə yalan danışırlar" - Saakaşvili



İranın Ukrayna təyyarəsi ilə bağlı məsələyə münasibəti çox iyrəncdir.

Cenub.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.

“Əvvəlcə onlar dedilər ki, qara qutu zərər görüb və ona görə də bunu tam açmaq mümkün deyil. Bu, artıq həqiqətin gizlədilməsi kimi görünür. Bununla belə onlar bəyan ediblər ki, təyyarə Tehran hava limanına dönməyə cəhd edib, dispetçerlə əlaqəyə girməyib. Əgər pilot dispetçerlə əlaqəyə çıxmayıbsa, bəs onlar təyyarənin geri döndüyünü necə öyrəniblər?

Mən həvaskar pilotam, “Cessna” təyyarələrindən istifadə etmişəm və üstəlik, bütün sərnişin təyyarələrindən istifadə edirəm. Mən mülki aviasiya haqqında çox bilirəm. Bundan başı çıxan istənilən adam bilir ki, əgər təyyarənin mühərriki yanırsa, pilotun ilk işi bu barədə dispetçerə məlumat verməkdir. Təyyarə hava limanına qayıdırsa, pilotun ilk işi dispetçeri məlumatlandırmaqdır. O, xəbər vermədən geri dönə bilməz. Yəni iranlılar aşkar şəkildə yalan danışırlar.

Ukrayna gərək sona qədər öz haqqını müdafiə etsin. Ən azından bu mövzunu gündəmə gətirərək, İran hakimiyyətini bu faciəvi səhvinə görə cavab verməyə məcbur etmək lazımdır”, - o bildirib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10