Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

30 sentyabr 2007-ci il ÇƏPƏRÜSTÜ SÖHBƏT


- Qıza, keçən dəfə o “ağ” barədə söhbət elədik a...
- Hansı, böyüklər atan, qramı 300 dollara olan, dollara düküb iylənən “ağ”, 100 qramlığına dükan yeri satılan kokaini deyirsən ?
- Hə də. Biz o xəbəri faş edəndən sonra, bəziləri düşüb “lom”kaya.
- “ Lom”ka nədir, qıza?
- “ Qara” atanlardan soruş, deyər.
- Onları indi hardan tapım ?
- Qıza, elə küçəni o baş-bubaşa get, 4-5–nə rast gələcəksən.
- Məni dağa-daşa salma. Sən canın, özün de, bu lomka zəhrimar nədir?
- Qısası, o zəhrimarı atandan sonra, düşdüyün hallardan biridir. Hə, biz bu xəbəri yayandan sonra “atanşiklər” düşüblər “ lom”ka-ya. O deyib, sən yaymısan, bu deyib, sən yaymısan. Daha demirlər ki, yalandır, rəhbər belə iş eləməz. Əsas dava onun üstündən oldu ki, bu xəbər “Çəpərüstü”nə hardan gəlib çatıb.
- Mən başqa xəbər bə eşitmişəm axı.
- O nə xəbərdir elə.
- Deyilənə görə təhsil şöbəsi müdirinin yaxınları bu xəbəri eşidəndən sonra gediblər böyyüklərin yanına. Deyiblər ki, balam özgə 1000-1500 dollarlıq kokaini “rasxod” edir. Elə Allahın səhiyyəsində, hər məntəqədən hər ay 500- 1000 manatlıq dərman silinir...
- Bu məsələni çox tərpətmə. Bu mövzuda ayrıca söhbəttimiz olacaq.
- Hə, məni çaşdırma. Çox deyirlər ki, hamı alır, Əli alır, Pirvəli alır, imkan ver, qoy uşaq da, bir təzə “ tas” qoyub, başlasın kütləvi alışa. Yazıq nə qədər kasıbçılıq çəkib.
- Bəs rəhbər nə deyir?
- Rəhbər deyir ki, mənə ata bilməzsiz. O, almayan oğlan 10 qəpiklik proqramı 4-5 manata satdırır. İndi proqramı vurun məktəblərin sayına, görün hansı rəqəmlər alınır. Daha mənə də yox. Elə əvvəlkı də zarıya-zarıya, təkcə axır-axırda, “gündəlik” məsələsində 5-6 min dollar qatlayıb, “4 göz” aldı. İndikilər də Gündəliyin pulunu ötən il yığsalar da, hələ gündəlikdən xəbər yoxdur. Hələ...
- (Rəhbər bir də baxır ki, şikayətə gələnlər aradan çıxıb).
Zahir Əmənov





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10